Baki, FinanceTime. AZSIĞORTA şirkəti “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
Salyan rayonu ərazisində yerləşən iaşə obyektlərinin birində elektrik xətlərinin qısa qapanması nəticəsində yanğın hadisəsi baş verib.AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 28 924 manat dəyərində sığorta ödənişi etmişdir.
Qeyd edək ki, bu il AZSIĞORTA şirkəti il ərzində daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900, 234 856 və 150 689 manat sığorta ödənişi həyata keçirib.
AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.