Baki, FinanceTime. A-Qroup yeni “Fors major” sığorta paketini təqdim edir.Bu xidmət 24 saat 7 gün ərzində Təcili Tibbi Yardım göstərilməsini təmin edir.
Xəstəliklər, bədbəxt hadisələr, travmalar, yanıqlar, zəhərlənmələr, yüksək temperatur və başqa hallarda tibb müəssisəsindən kənarda(Təcili Tibbi Yardım briqadasının çağırıldığı yerə)Təcili Tibbi müdaxilə tələb olunan A-Qroup-un sığortalısı peşəkarların köməyinəgüvənə bilər.
Bu paketin vacib hissəsi- Təcili Cərrahi Müdaxilə xərclərinin ödənilməsidir, məsələn sınıq, xoranın açılması, kəskin appendisit hallarında.
Təcili Tibbi Yardım çağırılması zamanı SığortalınınTəcili Hospitalizasiya olunmasına ehtiyac olarsa (misal üçün, ani yaranmış bir xəstəlik və ya hal, həyati təhlükəsi olan xroniki xəstəliyin kəskinləşməsi) bu halda Sığortalı subkontraktor klinikalardan birinə yerləşdirilir.
Təcili Tibbi Yardım avtomobilləri Sığortalının həyatını xilas etmək üçün Avropa standartlarına cavab verən, reanimasiya tədbirləri həyata keçirtmək üçün hər bir terapevtik və diaqnostik avadanlıqla təchiz olunmuşdur.
Bundan əlavə yeni sığorta paketi Təcili Peyvənd və təxirə salınmaz Stomatoloji Yardımla təmin edir.
Fors major paketinin müsbət cəhəti onun qiymətidir – cəmi 80 ABŞ dolları ödəməklə siz Təcili tibbi yardım, Təcili cərrahiyə, təcili qospitala yerləşdirmə,Təcili Peyvənd və Təcili Stomatoloji Yardımla təmin olunursunuz.