|
|
|
Sığorta | | | AtaSığorta yeni nümayəndəlik və satış ofisini istifadəyə verdi |
17.08.2017 | |
| |
Baki, FinanceTime. “AtaSığorta” ASC yeni “Zaqatala” nümayəndəliyini və Bərdə şəhərində satış ofisini istifadəyə vermişdir. Yeni açılmış “Zaqatala” Nümayəndəliyi Zaqatala şəhəri, Nizami küçəsi 36 B, “Bərdə” satış ofisi isə Bərdə şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərməyə başlamışdır. Regionlarda xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Nümayəndəlik və satış ofisi Zaqatala, Bərdə və yaxınlıqda yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 50-dən artıq filial, nümayəndəlik və ofislər daxildir.
|
|
|
|