1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” 71 mln. manatlıq sığorta haqqı ilə ölkənin ən iri sığorta şirkəti oldu
06.07.2017

 

Şirkət yığımlarının və aktivlərinin həcminə görə bazarın liderdir...

Baki, FinanceTime. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat” 2017-cı ilin yanvar-may ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 

Şirkətinictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan 5 aylıq hesabatın nəticələrinə əsasən, “PAŞA Həyat” tərəfindən ümumilikdə 71,711 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə38,679 mln. manat və ya 2,2 dəfə çox olub.

Qeyd edək ki, “PAŞA Həyat”  yığımlarının, eləcə də aktivlərininhəcminə (190,525 mln. manat) görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk yeri tutur. 

Bununla yanaşı, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə, şirkət tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 5,134 mln. manat və ya 51,4% artaraq 15,119 mln. manata çatıb.

Сari ilin iyul ayının 1-nənizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment