Baki, FinanceTime. AZSIĞORTA şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
Siyəzən rayonu Zarağan kəndi ərazisində yerləşən yaşayış evlərinin birinə torpaq sürüşməsi nəticəsində ziyan dəymişdir.AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 10000 manat dəyərində sığorta ödənişi etmişdir.
Qeyd edək ki, bu ilin fevral, aprel və mayaylarında da AZSIĞORTA şirkəti iri sığorta ödənişlərihəyata keçirib –baş verən sığorta hadisələrinə görə 300 000,40 900 və 234 856 manat sığorta ödənişi həyata keçirib.
AZSIĞORTAölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyişirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.