|
|
|
Sığorta | | | Diplomatik korpus A-Qroup-da sığortalanır |
14.06.2017 | |
| |
Baki, FinanceTime. Artıq 9 Xarici ölkənin səfirlikləri özlərinin və ailələrinin sağlamlığını A-Qroup Sığorta Şirkətinə etibar ediblər.
Könüllü Tibbi Sığorta müqaviləsi üzrə öz əməkdaşlarını sığortalayan 9-cu səfirlik Rumıniya səfirliyi oldu. Xatırlatmaq istərdik ki, bundan öncə Sığortalılar siyahısına Böyük Britaniya, İsveç, Norveç, Gürcüstan və İsrail səfirlikləri daxil olmuşlar. ABŞ,Fransa və Niderland Krallığı səfirlikləri uzun illərdir ki, A-Qroup-la əməkdaşlıq edirlər.
A-Qroup yaxın və uzaq xarici ölkələrin səfirliklərinin də rəğbətini qazanmağı özünə məqsəd qoyub.
|
|
|
|