Baki, FinanceTime. AZSIĞORTA şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
Qusarrayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində intensiv yağışlar nəticəsində xizək eniş zolağının sürüşməsi hadisəsi baş verib.AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 234 856 manat dəyərində sığorta ödənişi etmişdir.
Qeyd edək ki, bu ilin fevral və aprelaylarında da AZSIĞORTA şirkəti iri sığorta ödənişlərihəyata keçirib – dərman anbarında və yaşayəş evində baş verən yanğın nəticəsindəəmlaka dəymiş zərərə görə 300 000 və 40 900 manat sığorta ödənişi həyata keçirib.
AZSIĞORTAölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyişirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.