1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti «Sirli Bakı» layihəsini təqdim edib
21.04.2017

Baki, FinanceTime. PAŞA Sığorta şirkəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq abidələr və tarixi yerlər günü münasibəti ilə təşkil olunmuş tədbirdə «Sirli Bakı» layihəsinin təqdimatını keçirib.

PAŞA Sığortanın təşəbbüsü, PAŞA Holdinq və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan «Sirli Bakı» layihəsinin başlıca məqsədi paytaxt Bakıda olan tarixi abidələr barədə yerli əhali və şəhərin qonaqlarını məlumatlandıraraq onların şəhərin tarixi barədə maariflənməsinə dəstək olmaqdır.

Layihəyə əsasən, paytaxtda yerləşən tarixi obyektlər qarşısında xüsusi stendlərin quraşdırılması nəzərdə tutulub. Həmin stendlərə yaxınlaşaraq smartfon cihazlar vasitəsilə tarixi obyektlər barədə virtual şəkildə interaktiv məlumat əldə etmək mümkün olacaq. Belə ki, bunun üçün layihə çərçivəsində «Sirli Bakı»  mobil tətbiqi tərtib edilib. Tətbiqi smartfon cihazlarına yükləyərək xüsusi hazırlanmış «Artırılmış Reallıq» texnologiyası vasitəsilə smartfonun kamerasını obyektlərin yanında yerləşdirilmiş stendlərin üzərindəki markerə tərəf tutmaq gərəkir. Beləliklə, istifadəçilər həmin tətbiqdə tarixi obyektlərə dair mətn, foto, həmçinin video formatlı məlumatlar əldə edə biləcəklər.

“Bakının 46 tarixi obyekti haqqında ən maraqlı və interaktiv məlumatları özündə əks etdirəcək«Sirli Bakı» layihəsi Bakının irsini yaşatmaq, bu ecazkar şəhərin bənzərsiz tarixi xəzinəsini həm yerli əhaliyə, həm də paytaxtın əcnəbi qonaqlarına tanıtmaq üçün innovativ bir vasitədir. İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi beynəlxalq miqyaslı tədbirlərin mütəmadi olaraq keçirilməsi və nəticə olaraq Bakının turizm mərkəzinə çevrilməsi layihəmizin aktuallığını daha da artırır. Bu möhtəşəm layihənin ərsəyə gəlməsində bizə dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dərin minnətdarlığımı bildirirəm”, - deyə PAŞA Sığorta ASC-nin idarə heyətinin sədri Ülviyyə Cabbarova vurğulayıb.

Tətbiqdə həmçinintanınmış bələdçi və tarixçi Fuad Axundovun səsinin müşayiəti ilə tarixi abidələrin şəkillərindən ibarət slayd şou təqdim olunacaq. Tətbiqdən istifadəni rahatlaşdıran daha bir üstün cəhət burada cari məkandan növbəti abidəyə kimi istiqaməti/marşrutu xəritədə görmə imkanının mövcud olmasıdır.

Azərbaycan, rus və ingilis dillərində çalışan «Sirli Bakı» mobil tətbiqi həm iOS, həm də Android platformaları üçün nəzərdə tutulub. Layihə barədə ətraflı məlumat üçün: http://pasha-insurance.az/sirlibaki/indexaz.html

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment