|
|
|
Neft və qaz | | | BP-nin dünyadakı 20 ən məhsuldar quyusunun 9-u Azərbaycandadır |
24.09.2012 | |
| |
BP şirkətinin dünyada işlədiyi yataqlardakı ən məhsuldar 20 quyudan 9-u Azərbaycandadır.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə BP-nin «Azərbaycanda davamlı inkişaf haqqında - 2011» hesabatında bildirilir.
Hesabata əsasən şirkətin bütün dünyadakı ən məhsuldar 20 quyusu Avstraliya, Azərbaycan, Trinidad, Anqola və İndoneziyadadır. İlk 20-liyə düşən Azərbaycandakı quyulardan 4-ü «Şahdəniz», 1-i «Şərqi Azəri», 2-si «Qərbi Azəri», 1-i «Çıraq», 1-i isə «Günəşli» (dərinsulu) yataqlarındadır.
Quyuların məhsuldarlığı gündəlik neft hasilatı və ya neft ekvivalentində göstərilən qaz hasilatının həcmi ilə ölçülür. Siyahıya Avstraliyadakı iki quyu başçılıq edir. Bu quyularda gündəlik neft hasilatı müvafiq olaraq 66 180 barel və 64 053 barel təşkil edir.
Siyahıda 3-6-cı yeri tutan «Şahdəniz» yatağındakı quyulardan hasilatın həcmi (neft ekvivalentində) 53 181 bareldən 47 503 barelədək dəyişir.
Qeyd edək ki, 11-ci yerdə olan «Şərqi Azəri» yatağındakı quyudan gündəlik hasilat 32 880 barel, 16-17-ci yeri tutan «Qərbi Azəri»dəki iki quyudan hasilat 29 568 barel və 26 929 barel arasında dəyişir, 18-ci yerdə olan «Çıraq» quyusundan gündəlik hasilat 25 264 barel, «Günəşli»dəki (dərinsulu) quyuda isə gündəlik hasilat 24 521 berəl təşkil edir.
www.apa.az
|
|
|
|