1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


ASAN könüllüləri SOCAR-da
17.01.2017

Baki, FinanceTime.  “ASAN xidmət” və SOCAR arasında imzalanan “Əməkdaşlıq Sazişi” əsasında həyata keçirilən tərəfdaşlıq uğurla davam etdirilir.

“ASAN School” könüllülük məktəbinin “Master 2” pilləsi çərçivəsində 12 nəfər ASAN könüllüsü SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçirlər. Könüllülər “Azneft” İB-də, İnsan Resursları Departamentində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, Ekologiya İdarəsində və Heydər Əliyev adına Neft Emalı Zavodu olmaqla müxtəlif idarələr üzrə bölgü aparılaraq 3 aylıq təcrübə proqramına cəlb olunublar.

Qeyd edək ki, gənclər SOCAR-ın təcrübəli mütəxəssisləri ilə birbaşa çalışır, onların dəyərli təcrübələri ilə yaxından tanış olurlar. Qısa müddət ərzində onlar çalışdıqları idarələrin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, şirkətin həyata keçirdiyi layihələrin icrasında iştirak edib, hesabatların hazırlanması, monitorinqlərin keçirilməsi, işgüzar münasibətlərin qurulması istiqamətində həyata keçirilən bütün işləri mənimsəyə biliblər. “Master 2” çərçivəsində təcrübə keçən könüllülər təcrübənin sonunda ASAN xidmət və SOCAR tərəfindən birgə sertifikatlarla təltif olunacaqlar.

ASAN könüllüsü Səbinə Kərimli - Əmək şəraiti normalarının işlənməsi İdarəsi:

SOCAR-da təcrübə keçmək mənə iqtisadi biliklərimi artırmağı və maliyyə hesabatlarını düzgün şəkildə təhlil etməyi öyrətdi. Hər bir gəncin arzusudur ki, mehriban və peşəkar kollektivdə iş təcrübəsi qazansın. Bu arzumu reallaşdırmağa şərait yaratdığına görə ASAN School və SOCAR-a minnətdarlığımı bildirirəm.

ASAN könüllüsü Gülər Mejdinova - Ekologiya Departamenti:

SOCAR-da təcrübə keçmək istəyim gələcəkdəki iş və karyera planlarım üçün atdığım ən uğurlu addım idi. Gözəl kollektiv, gülərüz insanları tanımaq, iş həyatına adaptasiya olmaq və ən əsası ixtisas biliklərimi praktiki genişləndirmək üçün “Master 2” mənə gözəl şərait yaratdı.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment