|
|
|
Neft və qaz | | | Bu ilin 8 ayı ərzində BTC kəməri ilə 20,7 mln. ton Azərbaycan nefti nəql olunub |
13.09.2012 | |
| |
Bu ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 367 326 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 20 664 558 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 196 442 258 ton neft vurulub. Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə 241 532 ton Türkmənistan nefti nəql olunub.
www.apa.az
|
|
|
|