1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” şahmat tarixinin ən gənc qrossmeysterini dəstəkləyəcək
25.11.2016

Baki, FinanceTime. “Kaspersky Lab” şirkəti şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə aparan rusiyalı qrossmeyster Sergey Karyakinin rəsmi sponsoru olub. Şirkət şahmatçının idman turnirlərində iştirakına dəstək verəcək, həmçinin onun informasiya təhlükəsizliyini təmin edəcək.

“Mən dünyanın aparıcı beynəlxalq şirkətlərindən biri ilə əməkdaşlıq etməkdən məmnunam. Bizim uğur yolumuzda bir çox oxşarlıqlar mövcuddur: həm mən, həm də “Kaspersky Lab” öz işimizin ustasına çevrilmiş və öz üzərimizdə yorulmadan çalışmağımız və özümüzü fəaliyyətimizə tam həsr etməmiz sayəsində beynəlxalq aləmdə tanınmışıq. Ümid edirəm ki, bu, bizim davamlı və məhsuldar əməkdaşlığımızın başlanğıcı olacaq”,- deyə Sergey Karyakin bildirib.

“Sergey planetin ən güclü şahmatçılarından hesab olunan möhtəşəm bir gəncdir və onu dəstəkləmək bizim üçün böyük şərəfdir. O,şahmat tarixinin ən gənc qrossmeysteri olmaqla artıq öz adını şahmat tarixinə yazıb və mən əminəm ki, gələcəkdə onu daha yüksək nailiyyətlər gözləyir. İndi isə biz, əlbəttə ki, Sergeyə şahmat tacı uğrunda mübarizədə uğurlar arzu edirik”,- deyə “Kaspersky Lab” şirkətinin baş direktoru Yevgeni Kasperski qeyd edib.

Şahmat və kibertəhlükəsizliyin bir çox ortaq cəhəti mövcuddur – hər iki sahədə də insan intellektinin və süni intellektin simbiozu həlledici rol oynayır. Kompüterlər şahmatçılara hazırlıq mərhələsində ustalıqlarını itiləməyə kömək edir, bununla belə, bu idman növündə uğurun əsas açarı insan olaraq qalır. “Kaspersky Lab” şirkəti də öz işində oxşar prinsiplərə əsaslanır: ən yüksək təhlükəsizlik qabaqcıl texnologiya və ekspertlərin qiymətsiz bilik və təcrübəsinin birləşməsi sayəsində təmin olunur.

Sergey Karyakin 12 yaşında şahmat idmanı tarixinə ən gənc qrossmeyster olaraq düşüb. Bu gün o, son 8 ildir ki, şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə aparan ilk Rusiya təmsilçisidir. Mübarizə rusiyalı qrossmeyster və hazırkı dünya çempionu norveçli Maqnus Karlsen arasında davam edir. Hazırda planlaşdırılmış 12 oyundan 9-u keçirilib, onlardan səkkizi heç-heçə ilə, biri isə rusiyalı şahmatistin qələbəsi ilə nəticələnib. Yarışın bağlanış mərasimi noyabrın 30-da Nyu-Yorkda keçiriləcək, lakin şahmatçılardan biriyaxın oyunlarda 6,5 xal qazandığı təqdirdə qalib vaxtından əvvəl müəyyənləşəcək. Hazırda Sergey Karyakin Maqnus Karlseni 5:4 hesabı üstələyir.

Bundan öncə “Kaspersky Lab” şirkəti daha iki rusiyalı şahmatçıya sponsorluq edib–idman ustası namizədi və beynəlxalq turnirlərin mükafatçısı olan 11 yaşlı AndreyTsvetkova və gənc şahmatçılar arasında Dünya Çempionu adını qazanmış 19 yaşlı qrossmeyster Mixail Antipova. Hər iki idmançı ilə şirkət 2012-ci ildən etibarən əməkdaşlıq edir və onların yeganə sponsoru olaraq qalır. “Kaspersky Lab” şirkətinin dəstəyi sayəsində gənc şahmatçılar beynəlxalq turnirlərdə iştirak etmək və nüfuzlu şahmat məktəblərində məşq etmək imkanı əldə ediblər.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment