1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Saxo Bank” istiqraz ticarəti üçün ilk rəqamsal həlli istifadəyə verir
15.09.2016

Baki, FinanceTime. Kompleksli online-ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" korporativ və dövlət istiqrazları üçün ilk rəqamsal həlliburaxdığını elan edib. "Saxo Bank" müştərilərinə 20 fərqli valyutadan istifadə edərək bütün dünyadan investisiya səviyyəli 5000-dən çox yüksək gəlirli korporativ və dövlət istiqrazları ilə ticarət etmək şansını təklif edəcək. Aktivlərin geniş çeşidinə sahib həll “SaxoTraderGO” ticarət platformasına oktyabrda yerləşdiriləcək.

“SaxoBank”ıntexnologiya ekspertizası və bankın istiqraz bazarlarında 40 ən böyük likvidlik tədarükçüsü ilə tərəfdaşlığı pərakəndə və institusional müştərilərə müəyyən gəlirli qiymətli kağızlarla daha şəffaf, əlverişli və effektiv ticarət etmək imkanı yaradacaq. Sözügedən həll istiqraz ticarəti sahəsində inqilab edəcək: hazırda qiymət təyin etmək üçün sorğu əl ilə məhdud sayda, bəzən isə yeganə banka göndərilir. Bu prosedur qeyri-effektivdir, belə ki, bazarda mövcud olan likvidliyin dərinliyini və qiymətlər diapazonunu istifadə etmir.

İstiqrazların ticarəti üçün nəzərdə tutulmuş “Saxo Bank”ın rəqamsal həlli dünya istiqraz bazarı ilə birbaşa, rəqabətqabiliyyətli, şəffaf və effektiv şəkildə əlaqə yaratmağa imkan verir. İstiqraz üzrə hər sorğu istiqraz bazarında 40-a yaxın ən böyük likvidlik tədarükçüsünün iştirak etdiyi dillerlərin hərracına göndərilir. Hazırlanmış texnologiya sayəsində bəzi ticarət sövdələşmələri bir neçə saniyə ərzində yerinə yetirilir. Daha önəmlisi isə çoxsaylı dillerlər arasında yüksək rəqabət şəraitində müştərilər əhəmiyyətli həcmdə pula qənaət edə bilərlər. “Saxo Bank”dan tam rəqamsal genişmiqyaslı həll müştərilərə korporativ istiqrazlar üzrə qiyməti orta hesabla 30, dövlət istiqrazları üzrə isə 5-10 bazis bəndi yaxşılaşdırmağa imkan yaradır.

İri institusional investorlar artıq bir müddətdir ki, likvidli dövlət və korporativ istiqrazların elektron ticarətinə çıxış əldə ediblər. Lakin investorların böyük hissəsi istiqrazların elektron ticarətindən faydalana bilmir. “Saxo Bank” bu vəziyyəti dəyişmək və effektiv ticarətə çıxışı müstəqilləşdirmək niyyətindədir.

“İstiqraz bazarından dəyişiklərə daha açıq bazar təsəvvür etmək çətindir. İnternet erasında telefon vasitəsi ilə həyata keçirilən ticarət əsaslı dəyişiklərin edilməsinə uca çağırışdır. İnvestorlarözlərinə sual verməlidirlər: onlar yeganə bankdan şərti qiymətlə ticarət etmək və ya ən iri dünya bankları daxil 40-dan çox dünya istiqraz tədarükçüsündən ən yaxşı qiyməti öyrənmək istəyirlər. Müştərilərə istiqrazlarla daha effektiv şəkildə ticarət etmək imkanı yaradaraq “Saxo Bank” bütün tarixi boyu həyata keçirdiyi investisiyaların və ticarətin müstəqilləşməsi missiyasını davam edir. Həmçinin institutlar və pərakəndə investorlar arasında maliyyə bazarlarına eyni çıxış imkanı yaratmağa çalışırıq”, - deyəhəllin buraxılışını şərh edərək “Saxo Bank”ın baş direktoru və həmtəsisçisi Kim Furne bildirib.

“Fəxr edirəm ki, “Saxo Bank”ın ticarət və investisiyalar müstəqilləşməsi tarixində növbəti addım istiqrazların həqiqətən rəqamsal ticarətinə keçid oldu. İstiqrazların elektron ticarəti məsələsini həll etməyə çalışan xeyli tədarükçülər uğursuzluqla qarşılaşdılar, çünki parçalanmış bazarda səhm ticarəti modelini təkrarlamağa çalışaraq və likvidlik və təxmini qiymətlərlə problemləri nəzərə almayaraq səhv yanaşma seçdilər. Digərləri isə rəqamsal interfeysə sahib olaraq sorğuları əl ilə emal etməyə davam etdilər və tam rəqamsal qiymətin yaradılmasına keçmədilər. İstiqrazlarla da səhmlər kimi ticarət etməyə imkan yaradan interfeys hazırladıq və əməliyyatların yerinə yetirilmə sürəti və şəffaflığını təmin etdik. Həmçinin daha çətin parçalanmış istiqraz bazarlarının öhdəsindən asanlıqla gəlmək üçün texnologiyalar təklif etdik. Müştərilərin ehtiyacları və mütəmadi tələblər şəffaflığın əhəmiyyətini göstərir. Yeni təklif sayəsində müştəriləri tam şəffaflıq ilə təmin etdiyimiz üçün komissiya alacayıq. Bu isə sahədə istifadə olunan spredlərə əsaslanmış və müştərilər üçün hər zaman şəffaf şəkildə qiymət təyin olmasını təmin etməyən standart sistemdən fərqlidir”, - deyə “Saxo Bank”ın müəyyən olunmuş gəlirli qiymətli kağızların ticarəti şöbəsinin rəhbəri Saymon Fasdal qeyd edib.

 

Daha ətraflı məlumat üçün: http://ru.saxobank.com/bonds-online/

 

 

 

“Saxo Bank” haqqında:

Saxo Bank Group” (“Saxo”) şirkətlər qrupu özəl investor və korporativ müştərilərə investisiyalar, ticarət texnologiyaları, maliyyə alətləri və strategiyaların tam spektrini təklif edərək kompleksli onlayn ticarət və investisiyalar sahəsinin aparıcı mütəxəssisidir. 25 ilə yaxındır ki, öz texnologiyası və təcrübəsi sayəsində “Saxo Bank” özəl investor və institutlara peşəkar investisiya alətləri və bazarlarına çıxış yaradır. Tam lisenziyalı və idarə olunan bank kimi “Saxo Bank” özəl müştərilərinə dünya maliyyə bazarlarında müxtəlif cihazlar ilə yeganə marjinal hesab vasitəsi ilə aktivlərin geniş spektrilə ticarət etmək imkanını yaradır. Bununla yanaşı, “Saxo Bank” institusional müştərilərə, məsələn, banklara və yaxud multi-aktiv icrası ilə brokerlərə praym-broker xidmətləri və ticarət texnologiyaları təklif edir. “Saxo Bank”ın mükafata layiq görülmüş ticarət platformaları 20-dən çox dildə mövcuddur. Onlar bütün dünyada 100-dən artıq maliyyə institutunun texniki infrastruktur təməlini təşkil edir. “Saxo Bank”ın əsası 1992-ci ildə qoyulub və bankın mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. Bankın London, Sinqapur, Paris, Sürix, Dubay və Tokio kimi dünya maliyyə mərkəzləri daxil ümumilikdə 1 500-dən çox işçisi var.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment