1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Saxo Bank” real dəyərindən aşağı qiymətləndirilən səhm portfelini genişləndirir
08.09.2016

Baki, FinanceTime. Kompleksli online-ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" müstəqil tədqiqatlar üzrə aparıcı tədarükçü olan “Morningstar Investment Management Europe Ltd.” ilə birlikdə "Saxo Bank" müştəriləri üçün mövcud investisiya strategiyaları spektrini genişləndirir.

Əməkdaşlıq "Saxo Bank"a real dəyərindən aşağı qiymətləndirilən, lakin eyni zamanda keyfiyyətli səhmlərə insvestisiya yatırımı strategiyalarına əsaslanmış yeni investisiyaları öz çeşidinə əlavə etməyə imkan yaradacaq. Yeni investisiyalara çıxış “SaxoSelect” xidməti vasitəsi ilə həyata keçiriləcək. “Saxo Morningstar MOAT® Portfolio” adlanan yeni portfel ətraflı düşünülmüş və əlverişli 30 yüksək keyfiyyətli səhmin ticarətinə investisiya yatırmağa yol açır. O, “Morningstar’s Economic MoatTM” reytinq metodikası və bazarda düzgün qiymətləndirilməyən səhmləri aşkar etməyə yönəlmiş dəyər qiymətinin tədqiqatının nəticələri əsasında yaradılıb.

“Saxo Morningstar MOAT® Portfolio” – Avropada “Morningstar” analitikləri tərəfindən müəyyən edilmiş “Wide” və ”Narrow Moat” reytinqinə malik şirkətlərin səhmlərinə investisiya yatırmağı təklif edən ilk portfel məhsuldur. Onun köməyi ilə “Saxo Bank” müştəriləri portfel çərçivəsində hər səhm haqqında ətraflı məlumat ala biləcək və “SaxoTraderGO” platformasında real vaxt rejimində şəffaf investisiya mühiti vasitəsilə bütün mövqelərə nəzarət etmə imkanı qazanacaq.

Portfel üçün səhmlər 33 birjadan seçilir. “Morningstar”ın analitiklərinin fikrincə,bu siyahıya yalnız davamlı rəqabət üstünlüyünə və rəqiblərini keçmək üçün yüksək şanslara malik və ən azından 10 il (”Narrow Moat”), yaxud 20 il (”Wide Moat”) ərzində yüksək gəlir gətirə biləcək şirkətlər əlavə edilir. Daha sonra səhmlər əsaslı təhlil olunaraq dəyərləndirilir və nəticədə onların ədalətli qiyməti müəyyənləşdirilir. Portfelə yalnız öz ədalətli qiymətinə nisbətən əhəmiyyətli güzəştlə alqı-satqıya çıxarılan səhmlər daxil edilir.

İlk öncə investisiyalar eyni payda yatırılır, lakin hər rübün sonunda “Morningstar”ın analitikləri portfelin dinamikasını dəyərləndirir, “Saxo Bank” isə lazım olduqca onu balanslaşdırır. Dəyişdirilən səhmlərin sayını və bununla da ticarət xərclərini azaltmaq üçün səhmlər portfeldə yalnız o zaman dəyişir ki, alternativ alətin qiyməti və ədalətli dəyəri portfeldəki cari aktivdən 25% daha yüksəkdir. Eyni zamanda. əməliyyat xərclərini minimuma endirmək üçün əsas əmsalların balanslaşdırılmaşı həyata keçirilir.

“İnvestisiyaların tədqiqi və idarə olunması sahəsində qabaqcıl texnologiyalarımızı “Morningstar” analitik ekspertizası ilə birləşdirərək müasir investor üçün cəlbedici qiymətə unikal strategiya yaratdıq. Maliyyə bazarında vasitəçi olaraq “Morningstar”ın özünü müsbət şəkildə tanıtmış tədqiqatlarını real investisiya imkanlarına çevirmək imkanı ilə qürur duyuruq. “SaxoSelect” təklifinin əsasında texnologiya aktivlərinin idarə olunmasını qəti şəkildə dəyişdirə bilmək əminliyimiz durur. Bu sahə yeni qərarlar üçün çoxdan hazırdır. Texnologiyalara çıxış, şəffaflıq tələbləri və effektivliyə diqqət insanlarda öz vəsaitlərinin idarə edilməsinə olanyanaşmanı dəyişəcək”, - deyə “Saxo Bank”ın həmtəsisçisi və baş direktoru Kim Furne bildirib.

“Morningstar Investment Management Europe Ltd.”nin icraçı direktoru Saymon Evan qeyd edib:“Texniki inkişaf şirkətlərə müxtəlif iştirakçıların güclü tərəflərini birləşdirməyə və miqyasdan üstünlük əldə etməyə kömək edərək investisiya landşaftını dəyişməyə davam edir. “Saxo Bank”la əməkdaşlığımız səhm bazarındahəyata keçirilən tədqiqatımızı rahat və effektli portfelə çevirir və onu geniş kütlə üçün açıq edir”.

Bu il yaradılmış “SaxoSelect” avtomatlaşdırılmış ticarətvə investisiyalar üzrə tamrəqəmsalolanbirxidmətdirvə “SaxoBank” müştərilərinə təqdimolunmuş strategiyalar çeşidinibirbaşaticarətplatformasındanistifadə etməyə imkanyaradır. “SaxoMorningstarMOAT® Portfolio” portfeliiləyanaşı “SaxoSelect” ikitipinvestisiyaportfelitəklifedir: “iSharesETFs” üzərində qurulmuş balanslaşdırılmış portfellərvə təcrübəliinvestorlarayönəlmiş aktivticarətstrategiyaları.

“SaxoMorningstarMOAT® Portfolio” ilkin olaraq “SaxoSelect” müştərilərinə Skandinaviya ölkələri, Niderland, İtaliyavə bütünMərkəzi və Şərqi Avropadaaçıqolacaq.

Ətraflı məlumat üçün: http://cy.saxobank.com/campaigns/equity-portfolios.

 

 

 

”Morningstar Investment Management” haqqında:

”Morningstar Investment Management” şirkətlər qrupunun investisiya-məsləhət bölmələri özündə mükafatlara layiq görülmüş tədqiqatlar və ”Morningstar”ın məlumatlarının qlobal resurslarını birləşdirən həllər yaradır. 185 milyard dollar dəyərində səhmə malik olan”Morningstar Investment Management” təqaüd planları və investisiyaları haqqında kompleksli məsləhətlər təqdim edir, maliyyə institutları, sponsorlar və məsləhətçilər üçün investisiya portfellərinin idarə olunması üzrə xidmətlər göstərir. Avropa regionunda sadalanan xidmətləri Maliyyə Tənzimləməsi və Nəzarəti üzrə İdarə tərəfindən tənzimlənir.

 

 

 

“Saxo Bank” haqqında:

Saxo Bank Group” (“Saxo”) şirkətlər qrupu özəl investor və korporativ müştərilərə investisiyalar, ticarət texnologiyaları, maliyyə alətləri və strategiyaların tam spektrini təklif edərək kompleksli onlayn ticarət və investisiyalar sahəsinin aparıcı mütəxəssisidir.25 ilə yaxındır ki, öz texnologiyası və təcrübəsi sayəsində “Saxo Bank” özəl investor və institutlara peşəkar investisiya alətləri və bazarlarına çıxış yaradır.Tam lisenziyalı və idarə olunan bank kimi “Saxo Bank” özəl müştərilərinə dünya maliyyə bazarlarında müxtəlif cihazlar ilə yeganə marjinal hesab vasitəsi ilə aktivlərin geniş spektrilə ticarət etmək imkanını yaradır. Bununla yanaşı, “Saxo Bank” institusional müştərilərə, məsələn, banklara və yaxud multi-aktiv icrası ilə brokerlərə praym-broker xidmətləri və ticarət texnologiyaları təklif edir.“Saxo Bank”ın mükafata layiq görülmüş ticarət platformaları 20-dən çox dildə mövcuddur. Onlar bütün dünyada 100-dən artıq maliyyə institutunun texniki infrastruktur təməlini təşkil edir.“Saxo Bank”ın əsası 1992-ci ildə qoyulub və bankın mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. Bankın London, Sinqapur, Paris, Sürix, Dubay və Tokio kimi dünya maliyyə mərkəzləri daxil ümumilikdə 1 500-dən çox işçisi var.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment