1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Rolls-Royce Wraith” üçün baqaj aksessuarları kolleksiyası: Möhtəşəm səyahət sənəti
29.04.2016

Baki, Finance Time. Dünyanın ən dəbdəbəli avtomobillərinin istehsalçısı olan “Rolls-Royce Motor Cars” şirkəti nəfis səyahətin əsl sənət olmasına bələddir. Müştərilərini dəbdəbə ilə əhatə etməyə cəhd göstərən şirkət ən güclü modelin – “Rolls-Royce Wraith” sahibləri üçün eksklüziv yol çantaları və çemodanları kolleksiyasını hazırlayıb.

İdeyanın müəllifi “Rolls-Royce Bespoke” şöbəsinin dizayneri Maykl Braydendir (Michael Bryden). Onun studiya həmkarları isə “Rolls-Royce Motor Cars” şirkətin dizayn üzrə direktoru Cayls Teylorun rəhbərliyi altında sözügedən ideyanı həyata keçiriblər. Kolleksiyaya iki “Grand Tourer” çemodanı, üç “Long Weekender” çantası və axşam geyimi üçün “Garment Carrier” çexolu daxildir. Hər bir aksessuarın quruluşu ətraflı düşünülüb ki, onlar “Rolls-Royce Wraith”in yük yerində ideal yerləşdirilir. “Rolls-Royce”  avtomobili kimi kolleksiyadan olan hər bir əşya da müştərinin istəyinə əsasən sifarişlə hazırlanır.

Baqaj aksessuarları kolleksiyasının üzərində işləyərkən dizaynerlər məsləhət üçün ən tələbkar müştərilərin əşyaları ilə düzgün rəftar etməyi bacaran insanlara, dünyanın ən nəfis hotellərin idarə başçılarına müraciət ediblər. Erqonomik aksessuarlar iş adamları və şirkət rəhbərləri üçün olduqca önəmlidir, çünki onlar günün əksər vaxtını yolda keçirirlər. Onlar üçün baqaj əşyaları sadəcə dəbli aksessuar deyil, həmçinin özləri ilə səfərə götürə biləcək evin bir hissəsidir.

“Bespoke” şöbəsinin dizayneri Maykl Brayden bildirib: «“Wraith Luggage” kolleksiyası altı məhsuldan ibarətdir ki, hər birində “Rolls-Royce” avtomobilinin unikal estetikası canlandırılıb. Aksessuarların hazırlanmasında qabaqcıl texnologiyalardan və müasir materiallardan istifadə olunub və ustalıqla brendə aid təkrarolunmaz tərzdə həyata keçirilib. Nəticədə, yeni kolleksiya olduqca yüksək keyfiyyətli alınıb. Həm də nəzərə almaq lazımdır ki, sözügedən kolleksiya xüsusilə “Rolls-Royce Wraith” – dünyanın ən “centlmen qran-turizmosu”  üçün hazırlanıb.

“Wraith Luggage” kolleksiyası ilə “Rolls-Royce”un nadir gözəlliyi səyahətçini yolboyu müşayiət edəcək. Hər bir çantanın eksteryeri 1911-ci ildən etibarən avtomobillərin kapotunda yerləşdirilən əfsanəvi “Vəcd ruhu” heykəlciyin təsviri ilə tanınacaq.

“Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller-Otvos (Torsten Müller-Ötvös) qeyd edib: “Maykl Braydenin kolleksiyası bir daha onu vurğulayır ki, bizim dizaynerlər ser Henri Roysun tanınmış vəsiyyətinə əsaslanırlar: ”Mövcüd olanlardan ən yaxşısını götürün və daha yaxşısını yaradın. Ən yaxşısı yoxdursa, onu özünüz yaradın”. Yeni kolleksiyanın hər bir elementi sahibin individuallığını vurğulayır, onlar nəfis və müasirdir, bundan başqa, onları işlətmək olduqca xoşdur”.

“Wraith Luggage Collection” aksessuarlarını “Rolls-Royce Motor Cars” şirkətinin rəsmi diler mərkəzlərində əldə etmək olar.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment