|
|
|
Neft və qaz | | | “BP Azerbaijan” “Worley Parsons” şirkəti ilə müqavilə imzalayıb |
13.04.2016 | |
| |
“BP Azerbaijan” şirkəti “Worley Parsons” şirkəti ilə mühəndislik, təchizat və tikinti idarəçiliyinə dair müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Worley Parsons” şirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, müqavilənin müddəti 5 ildir. “Worley Parsons” Səngəçal neft terminalında və Azərbaycan, Gürcüstan və Türkiyədə boru kəmərləri sistemlərində EPCM xidmətləri göstərəcək.
Şirkətin baş icraçı direktoru Endryu Vud BP şirkəti ilə uzunmüddətli əlaqələrin davam etdirilməsindən məmnunluğunu ifadə edib.
www.azertag.com
|
|
|
|