|
|
|
Neft və qaz | | | Dövlət Neft Şirkəti ötən ay dövlət büdcəsinə 151,5 milyon manatdan çox vəsait ödəyib |
14.11.2014 | |
| |
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən oktyabr ayında dövlət büdcəsinə 151 milyon 691 min manat vəsait köçürülüb.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu göstərici 2013-cü ilin oktyabr ayı ilə müqayisədə 12 milyon 715 min manat və ya 109,1 faiz çoxdur. Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında şirkət dövlət büdcəsinə 1 milyard 564 milyon 548 min manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 240 milyon 480 min manat və ya 118,2 faiz artım deməkdir.
Oktyabrda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 369 min manat vəsait köçürüb. Yanvar-oktyabr aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 118 milyon 916 min manat təşkil edib.
www.azertag.com
|
|
|
|