Biznes portal Finance Time
  Ana səhifə Haqqımızda Biznes kataloq Partnyorlar Əlaqə   AZ RU EN  
1 USD 1.7001   1 EUR 2.0032   1 AED 0.4629   1 ARS 0.0975   1 AUD 1.3049   1 BRL 0.5097   1 BYN 0.8396   1 CAD 1.3298   1 CHF 1.7194   100 CLP 0.2663   1 CNY 0.2573   1 CZK 0.0779   1 DKK 0.2691   1 EGP 0.0952   1 GBP 2.2846   1 GEL 0.6654   1 HKD 0.2176   100 IDR 0.0125   1 ILS 0.4826   1 INR 0.0265   100 IRR 0.0042   100 JPY 1.5132   1 KGS 0.0244   100 KRW 0.1561   1 KWD 5.6285   1 KZT 0.0051   100 LBP 0.1124   1 MDL 0.0992   1 MXN 0.0889   1 MYR 0.4160   1 NOK 0.2049   1 NZD 1.1929   1 PLN 0.4743   1 RUB 0.0289   1 SAR 0.4533   1 SDR 2.4052   1 SEK 0.2014   1 SGD 1.2625   1 TJS 0.1927   1 TMT 0.4857   1 TRY 0.4379   1 TWD 0.0567   1 UAH 0.0620   100 UZS 0.0210   1 XAG 27.0541   1 XAU 2132.8264   1 XPD 1759.0850   1 XPT 1496.3430   1 ZAR 0.1260   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

    Banklar
    Sığorta
    Lizinq
    Neft və qaz
    Digər xəbərlər
    Dünya xəbərləri
    Müsahibə

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov

sual vermək
cavablara baxmaq
 
«CLC» (Corporate Legal Consultancy) hüquq şirkətinin Direktoru
Pərviz Məmmədov

sual vermək
cavablara baxmaq
 
«AtaHoldinq» ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi
Dilarə Zamanova

sual vermək
cavablara baxmaq
 
  Əmək Bazarı üzrə Ekspert
Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
Kseniya Trohimets

sual vermək
cavablara baxmaq

    Bankların siyahısı
    Bank müdirləri
    Kredit
    Depozit
    Avtokredit üzrə cədvəl
    Depozit üzrə cədvəl
    Bankların maliyyə hesabatları
    Gürcüstan bankları
    Moskva bankları
    Türk bankları

 

    Sığorta şirkətləri
    Sığorta növləri

    Valyuta birjası
    Fond birjası

    Biznes kataloq
    Vakansiyalar
    CV





Sığorta növləri


Xaricə səfər edənlərin sığortası

Xaricə səfər edənlərin sığortası - yaxın və uzaq xaricdə olduğunuz zaman qəfil xərclərdən qorunmaq üçün kompleks sığortasıdır. Sığorta Sizin gün ərzində 24 saat, həftədə 7 gün etibarlı təhlükəsizliyinizə təminat verir.
Sizə aşağıdakı sığorta növlərini təklif edirik:

  • Həkimin xidmətlərinin və təyin olunmuş dərmanların xərcləri, o cümlədən xəstəxanada olduğu müddət çəkilən müayinə, əməliyyat xərcləri, xəstəxanaya tibbi təxliyyə və müalicədən sonra vətənə evakuasiya xərcləri daxil olmaqla;
  • fövqəladə tibbi hallar zamanı tibbi təxliyyə və repatriasiya;
  • 200 USD həcmində təcili stomatolojı yardım;
  • bədbəxt hadisələrdən sığorta;
  • Sığortalının ölüm hallarında cəsədin repatriasiyası.

Tək Biz Sizə əsas təminatlarla yanaşı əlavə təminatlar veririk:

  • Baqajın itməsi
  • Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi
  • Hava nəqliyyatı vasitəsinin reysinə gecikmə

... və buna görə əlavə ödəniş almırıq.



Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası

"Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası haqqinda" Qanun Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi sahiblərinin üçüncü şəxs qarşısında mülki məsuliyyətinin sığortası sahəsində münasibətləri tənzimləyir, sığorta müqaviləsinin bağlanması, sığorta haqlarının və ödənişlərinin verilməsi qaydasını müəyyən edir.
Sığorta haqqı və sığorta məbləği nəqliyyat vasitələrinin növündən asılı olaraq dəyişilir.
Ölüm və sağlamlığa vurulan zərərə görə sığorta ödənişi sığortalıya məbləğın aşağıdakı nisbətlərində verilir:

  • Ölüm - 100%
  • I Qrup əlillik - 80%
  • II Qrup əlillik - 60%
  • III Qrup əlillik - 40%
  • Ağır xəsarət - 30%
  • Yüngül xəsarət - 20%

İki və daha artıq şəxsin əmlakına vurulan faktiki zərər sığorta məbləğinin həddinə mütənasib şəkildə verilir.


Əmlak sığortası

"Qarant Sığorta" Şirkəti mülkiyyət hüququ və ya üçüncü şəxslərlə bağlanmış müqavilə əsasında Sizə məxsus olan əmlakı zərər dəymə və ya məhv olmadan sığorta müdafiəsini təmin etmək təklif edir.
Sığorta müqaviləsi üzrə daşınar və daşınmaz əmlak, o cümlədən:

  • Yaşayış evləri, bağ evləri, mənzillər və s.;
  • Ofislər, müəssisələr, zavodlar, anbarlar və s.;
  • Mebel, ev əşyaları;
  • Elektrik cihazları, audio- və video- texnika sığorta oluna bilər

Sığorta riskləri:

  • Yanğın, partlayış, ildırım vurması;
  • Təbii fəlakətlər (qasırğa, boran, sel, daşqın, torpaq çökməsi, zəlzələ);
  • Su təminatı, kanalizasiya, isitmə və yanğınsöndürmə sistemlərinin qəzaları zamanı suyun təsiri nəticısində dəyən zərər;
  • Uçan aparatların və onların hissələrinin düşməsi;
  • Yerüstü nəqliyyat vasitələri ilə toqquşma;
  • Üçüncü şəxslərin qərəzli və qanuna zidd hərəkətləri;
  • Üçüncü şəxslər tərəfindən törədilmiş sındırmaqla oğurluq, qarət, soyğunçuluq və s.


Nəqliyyat vasitələrinin sığortası

Kasko sığortası: Yol-nəqliyyat hadisəsi, oğurluq, qarət, soyğunçuluq, yanğın, ildırım vurması, partlayış, təbii fəlakət, üçüncü şəxslərin qərəzli hərəkətləri və s. hadisələr nəticəsində avtomobilin dəyərinin və ya avtomobilin təmirinin dəyərinin ödənilməsi.

Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin könüllü sığortası: Yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslərin əmlakına, həyatına və səhhətinə vurulmuş zərərin ödənilməsi.
Bədbəxt hadisələrdən sığorta: Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin sürücüsünə, sərnişinlərin həyatına və səhhətinə vurulan zərərin ödənilməsi.
"Qarant Sığorta" Şirkəti ilə bağlanan sığorta müqaviləsinin əsas şərtlərinə aşağıdakılar daxildir:

  • Yol-nəqliyyat hadisəsi nəticəsində təxliyyə xərcləri;
  • Sığorta hadisəsi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi;
  • Zərər dəymiş avtomobilin rəsmi diler və digər texniki xidmət mərkəzlərində keyfiyyətli təmiri ;
  • Sığorta müqaviləsinin əhatə ərazisi - Azərbaycan Respublikası (Sığortalının seçimi ilə - bütün dünya);
  • Sığorta təminatı qanuna əsasən avtomobili idarə etmək hüququ olan bütün şəxsləri əhatə edir;
  • Sığorta haqqının Sığortalının seçimi ilə birdəfəlik və ya hissə-hissə ödənilməsi;
  • Yol-nəqliyyat hadisəsi baş verdiyi halda məsləhət və texniki dəstək göstərən təmənnasız gecə-gündüz xidməti;
  • Qəza komissarının hadisə yerinə gəlməsi.

Sığorta şirkəti aşağıdakı hallar istisna olmaqla dəymiş maddi zərərin əvəzini avtonəqliyyat vasitəsinin sahibinə ödəyir:

  • Sığortalının qəsdən edilmiş hərəkətləri;
  • Hadisənin baş verməsi barədə üzürlü səbəblər olmadan Sığortaçının vaxtlı-vaxtında məlumatlandırmaması;
  • Hadisə yerini məlumatlandırmamış tərk etməsi;
  • Hadisə zamanı sığortalanmış avtomobilin spirtli, narkotik və ya toksik maddələrin təsiri altında idarə edilməsi;
  • Sığortalı yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan üçüncü şəxsdən dəymiş zərərin əvəzini tam olaraq aldığı halda və s.


İşəgötürənin məsuliyyətinin sığortası

Sahibkar olan zaman təhlükəsiz əmək mühitini təmin etmək sizin borcunuzdur. Siz istehsalatda baş verən bədbəxt hadisələrə və işçilərin peşələri ilə bağlı yaranan xəstəliklərinə görə məsuliyyət dasıyırsınız. Meydana gələn zərərlər sizin iqtisadi sabitliyinizə təhlükə yarada bilər. Biz sizin maraqlarınızı qorumaq istəyirik.
Sığorta müqaviləsi aşağıdakı hallara dair bağlanılır:

  • İş gördüyü zaman bədbəxt hadisə nəticəsində Sığortalının işçisinin müvəqqəti və ya daimi əmək qabiliyyətinin itirilməsi;
  • İş gördüyü zaman bədbəxt hadisə nəticəsində işçinin ölümü.

Əsas sığorta tarifləri müəssisənin fəaliyyət xarakterindən, istehsalatın təhlükəsizlik dərəcəsindən və s. hallardan asılı olaraq xeyli azala və artırala bilər.



Tikinti-montaj risklərinin sığortası

"Qarant Sığorta" Şirkəti öz müştərilərinə tikinti lahiyələrinin icra edilməsi ilə bağlı risklərdən müdafiə edən və tikinti iştirakçılarının maraqlarının qorunmasını təmin edən kompleks müdafiə təklif edir.
Siğorta obyektləri:

  • Tikinti işləri (tikinti materialları və qurğuları, məvacib xərcləri, daşınma, gömrük rüsumları daxil olmaqla);
  • Montaj işləri (montaj olunan avadanlıqlar və bütün əlavə xərclər daxil olmaqla);
  • Tikinti ərazisində yerləşən qurğular (müvəqqəti tikililər, anbarlar, tikinti materialları, mühəndis kommunikasiyaları və s.)
  • Tikinti maşınları və avadanlıqları (yerqazan texnika və avadanlıq, yol-tikinti texnikası, tikinti və montaj işləri aparmaq üçün tikinti texnikası və avadanlıq)
  • Tikinti ərazisində yerləşən mövcüd obyektlər, o cümlədən əsaslı təmir və yenidən qurulması nəzərdə tutulmuş tikintilər;
  • Hadisə zamanı zərər çəkmiş ərazinin qırıntılardan təmizlənməsi xərcləri;
  • Tikinti aparılarkən üçüncü şəxslərin səhhətinə, həyatına və ya əmlakına vurulan zərərə görə mülki məsulliyyəti.

Sığorta riskləri

  • Yanğın, partlayış, ildırım vurması, uçan aparatların düşməsi, təbii fəlakət;
  • Çöküntü, sürüşmə, torpaq çöküntüsü;
  • Daşqın, sel, yeraltı suların qalxması;
  • Sındırmaqla oğurluq, qarət, soyğunçuluq;
  • Tikinti meydançasında müqavilədə nəzərdə tutulmuş digər qəfil və gözlənilməz hadisələr.


Bədbəxt hadisələrdən əməkdaşların sığortası

"Bədbəxt hadisədən" fərdi sığortaya Sizin seçiminizlə aşağıdakılar daxil ola bilər:

  • Bədbəxt hadisə nəticəsində ölüm halının sığortalanması. Proqramda sığorta məbləğinin 100% ödənilməsi nəzərdə tutulur.
  • Bədbəxt hadisə nəticəsində əlillik halının sığortalanması. Proqramda sığorta təminatının aşağıdakı qaydada ödənilməsi nəzərdə tutulur:
    • 1 qrup əlillik - sığorta məbləğinin 100%-i miqdarında
    • 2 qrup əlillik - sığorta məbləğinin 70%-i miqdarında,
    • 3 qrup əlillik - sığorta məbləğinin 40%-i miqdarında
  • Müvəqqəti əmək qabiliyyətinin itirilməsi halının sığortalanması.
  • Bədbəxt hadisə nəticəsində ortaya çıxan tibbi xərclərin sığortalanması.


Üçüncü şəxslər qarşısında məsuliyyət sığortası

Sığortalının əmlak mənafeləri, onlara dəymiş ziyan və zərərin aradan qaldırılması sığorta obyekti sayılır:

  • üçüncü şəxslərin həyat və sağlamlığına dəymiş zərərə görə;
  • üçüncü şəxslərin əmlakına dəymiş ziyana görə.

Sığorta ödənişinin dəyərinin müəyyən olunması:

  • üçüncü şəxslərin əmlakına zərər dəydiyi halda;
  • üşüncü şəxslərin əmək qabiliyyətini itirdiyi halda;
  • üçüncü şəxslərə əlilliyin təyin olunduğu halda;
  • üçüncü şəxslərin ölümü ilə nəticələnən halda.

Sığorta təminatı aşağıdakı hallarda verilir:

  • işgüzar fəaliyyətlə məşğul olan subyektin üçüncü şəxslər qarşısında məsuliyyəti;
  • məhsul istehsalçısının, o cümlədən malların, xidmətlərin, işlərin tədarükçüsünün istehlakçı qarşısında məsuliyyəti;
  • mənzil sahiblərinin üçüncü şəxslər (qonşular) qarşısında məsuliyyəti;
  • icarəçinin icarə verən qarşısında məsuliyyəti;
  • tikinti və montaj işləri aparıldığı zaman üçüncü şəxslər qarşısında məsuliyyəti.


Könüllü tibbi sığorta

Könüllü tibbi sığorta vacib sığorta xidmətlərindən biridir.
Bizim tibbi sığorta proqramına aşağıdakı tibbi xidmətlər daxil edilir:

  • Pulsuz gecə-gündüz dispetçer xidməti;
  • Təcili tibbi yardım xidməti;
  • Ən müasir diaqnostik üsullarla təchiz edilmiş tibb mərkəzlərində yüksək ixtisaslı həkimlər tərəfindən aparılan müalicə və diaqnostika;
  • Laborator-instrumental diaqnostik xidmətləri;
  • Stasionar müalicəsi;
  • Müasir klinikalarda stomatoloji xidmətlər;
  • Qanunla satışı və istifadəsi üçün həkimin yazdığı təyinat vərəqəsi əsas sayılan dərmanlar;
  • Stasionar müalicədən sonra reabilitasiya xidmətləri;
  • Şirkətin əməkdaşları üçün profilaktik müayinələr;
  • Şirkət əməkdaşlarının ailə üzvlərinin tibbi sığortaya qoşulması.

Müştərilərin tibbi xidmətlərini təşkil edərkən aşağıdakı meyarları əsas tuturuq:

  • Şirkət əməkdaşlarının tibbi xidmət sahəsində təcrübəsinin olması;
  • Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən tibbi müəssisələrin geniş şəbəkəsi;
  • Göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət.


Yüklərin sığortası

Sığorta obyekti:  Bu sığorta növündən bahalı, yüksək keyfiyyətli yüklərin Azərbaycan ərazisində və ya xaricdə ixrac-idxal əməliyyatları zamanı istifadə edilir.
Sığorta riskləri:
Yükün zədələnməsi, tam məhv olması və ya yükün itirilməsi zamanı Sığortaçı Sığortalıya dəymiş zərərin əvəzini sığorta məbləğindən artıq olmamaq şərtilə ödəməyi üzərinə götürür:

  • hər hansı səbəbə görə yükün bütöv və ya müəyyən bir hissəsinin zədələnməsi və ya tam məhv olması zamanı;
  • yükün nəqliyyat vasitəsilə birlikdə itməsi zamanı;
  • ümumi qəza zamanı, o cümlədən yükü xilas etmək və qorumaq zərurəti yarandıqda yükün bütöv və ya müəyyən bir hissəsinin zədələnməsi və ya məhv olması.

Yük üç standart sığorta növünə görə sığortalana bilər:

  • bütün risklər üzrə məsuliyyətlə;
  • yükün zədələnməsinə görə məsuliyyətlə;
  • yükün zədələnməsinə görə məsuliyyətsiz qəza səbəbləri istisna olmaqla.

Sığorta məbləği:  Sığorta məbləği həm daşıma sənədləri əsasında müəyyən edilmiş yükün qiymətinə görə, həm də yükün dəyərinə nəqliyyat və qaimə xərcləri, o cümlədən gömrük rüsumu , aksizlər və s.(adətən beynəlxalq daşımalarda) əlavə edilərək müəyyən edilir.



Sərnişinlərin icbari sığortası

Sərnişinlərin sığortası Azərbaycan Respublikasının "Sərnişinlərin icbari sığortası haqqında" qanununa əsasən həyata keçirilir. Proqramın məqsədi bədbəxt hadisə zamanı nəqliyyat vasitələrində, hava limanında, eləcə də stansiyalarda olan sərnişinlərin ölümü və sağlamlığına dəyən zərərə görə sığorta təminatını təmin etməkdir.



Yanğından İcbari Sığorta

Yanğından icbari sığortanın məqsədi Sığortalının əmlak mənafeyinin müdafiəsidir. Azərbaycan Respublikasının "Yanğından İcbari Sığorta haqqında" Qanunu Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası sahəsində münasibətlərini tənzimləyir və tərəflərin mütləq minimal vəzifələrini müəyyən edir.
Sığorta obyektləri aşağıdakılardır:

  • Sığortalının mülkiyyəti və istifadəsində olan sığorta müqaviləsində göstərilən ərazidə yerləşən binalar, o cümlədən kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan binalar, anbarlar, qurğular, ötürücü qurğular, maşın və dəzgahlar, mebel, hazır məhsul, xammal və materiallar;
  • Yanğın nəticəsində üçüncü şəxslərin əmlakına və səhhətinə vurulan zərərə görə mülki məsuliyyət.

Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin əmlakına və səhhətinə vurulan zərərə aşağıdakılar aiddir:

  • Ölüm və ya bədən xəsarəti;
  • Əmlakın tam məhv olunması və ya zədələnməsi;
  • Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmə xərcləri.

Sığorta obyektlərinə aşağıdakılar aid edilmir:

  • Əntiq (rəsm əsərləri, kitablar, qravüralar, əlyazmalar, heykəltəraşlıq əsərləri, zinət əşyaları);
  • Modellər, formalar, plan və eskizlər, ixtiraçılıq patentləri,sənədlər;
  • Pul vəsaitləri, aksiyalar, istiqraz vərəqələri və diğər qiymətli kağızlar, bütün növ qızıllar, gümüş və digər əlvan metallar (dəzgahların tərkib hissəsi olan əlvan metallar istisna olmaqla), əlvan metallardan hazırlanmış zınət əşyaları, qiymətli daşlar.

Qəza vəziyyətində olan bina və tikililər, və onların daxilində yerləşən əmlakın sığortalanması yol verilməzdir.



İcbari Ekoloji Sığorta

Sığorta obyekti:  Sığortalının təsərrüfat-istehsalat fəaliyyəti zamanı ətraf mühitin çirklənməsi ilə müşahidə olunan qəza nəticəsində üçünçü şəxslərə vurulan zərərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsi məsuliyyəti ilə bağlı Sığortalının əmlak maraqları.
Ekoloji sığorta müqaviləsi üzrə sığorta məbləğı "İcbari ekoloji siğorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən olunur.
Siğorta təminatının əhatə dairəsi:

  • Fiziki və ya hüquqi şəxslərin əmlakına, ətraf mühit obyektlərinə zərər dəydikdə, sığorta ödənişinin məbləği sığorta müqaviləsində göstərilən sığorta məbləğindən artıq olmamaq şərti ilə həqiqi zərər ilə müəyyən olunur.
  • Fiziki şəxslərin səhhətinə zərər dəydikdə aşağıdakılara təminat verilir:
  • Bədən xəsarəti və ya səhhətə dəyən digər zərər nəticəsində əmək qabiliyyətinin itirilməsi və ya qismən azalması halında itirilən qazanc (gəlir);
  • Sağlamlığını bərpa etmək üçün əlavə xərclər;
  • Zərər çəkmiş şəxsin ölümü nəticəsində onun himayəsində olan, işləmək iqtidarında olmayan şəxslərin itirdikləri gəlir hissəsi.


<< geri


financetime Company Products Connect with us
About Business catalog Facebook Facebook
Partners Interview LinkedIn LinkedIn
Support Expert Twitter Twitter
  Rating  
  Payment