Biznes portal Finance Time
  Ana səhifə Haqqımızda Biznes kataloq Partnyorlar Əlaqə   AZ RU EN  
1 USD 1.7001   1 EUR 2.0032   1 AED 0.4629   1 ARS 0.0975   1 AUD 1.3049   1 BRL 0.5097   1 BYN 0.8396   1 CAD 1.3298   1 CHF 1.7194   100 CLP 0.2663   1 CNY 0.2573   1 CZK 0.0779   1 DKK 0.2691   1 EGP 0.0952   1 GBP 2.2846   1 GEL 0.6654   1 HKD 0.2176   100 IDR 0.0125   1 ILS 0.4826   1 INR 0.0265   100 IRR 0.0042   100 JPY 1.5132   1 KGS 0.0244   100 KRW 0.1561   1 KWD 5.6285   1 KZT 0.0051   100 LBP 0.1124   1 MDL 0.0992   1 MXN 0.0889   1 MYR 0.4160   1 NOK 0.2049   1 NZD 1.1929   1 PLN 0.4743   1 RUB 0.0289   1 SAR 0.4533   1 SDR 2.4052   1 SEK 0.2014   1 SGD 1.2625   1 TJS 0.1927   1 TMT 0.4857   1 TRY 0.4379   1 TWD 0.0567   1 UAH 0.0620   100 UZS 0.0210   1 XAG 27.0541   1 XAU 2132.8264   1 XPD 1759.0850   1 XPT 1496.3430   1 ZAR 0.1260   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

    Banklar
    Sığorta
    Lizinq
    Neft və qaz
    Digər xəbərlər
    Dünya xəbərləri
    Müsahibə

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov

sual vermək
cavablara baxmaq
 
«CLC» (Corporate Legal Consultancy) hüquq şirkətinin Direktoru
Pərviz Məmmədov

sual vermək
cavablara baxmaq
 
«AtaHoldinq» ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi
Dilarə Zamanova

sual vermək
cavablara baxmaq
 
  Əmək Bazarı üzrə Ekspert
Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
Kseniya Trohimets

sual vermək
cavablara baxmaq

    Bankların siyahısı
    Bank müdirləri
    Kredit
    Depozit
    Avtokredit üzrə cədvəl
    Depozit üzrə cədvəl
    Bankların maliyyə hesabatları
    Gürcüstan bankları
    Moskva bankları
    Türk bankları

 

    Sığorta şirkətləri
    Sığorta növləri

    Valyuta birjası
    Fond birjası

    Biznes kataloq
    Vakansiyalar
    CV





Sığorta növləri


Nəqliyyat vasitələrinin kasko sığortası

Avtomobilinizin sığortalanması:

  • qəza nəticəsində avtomobilinizə dəymiş zərəri aradan qaldırmaq üçün çəkəcəyəniz xərci qənaət edilməsində
  • qəza nəticəsində yaranmış olan tibbi xərclərinizin ödənilməsində
  • məhkəmədə işə baxılmasına sərf olunan vaxtdan və xərclərdən azad olmanıza
  • oğurlanma, vandalizm hərəkətləri və təbii fəlakətlə bağlı yaranacaq zərərləriniz qarşılanmasında Sizə kömək edə bilər.

Nəqliyyat vasitələrinin kompleks şəkildə sığortası aşağıdakı risklərə qarşı təminat verir:

 yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan, yanğın, partlayış, üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri və digər risklər; 
 qaçırılma və oğurluq;
 üçüncü şəxslərin əmlak və digər maraqlarına xətər yetirilməsi;
 bədbəxt hadisə nəticəsində avtomobilinizi idarə edən sürücünün və sərnişinlərin səhhətinə dəyən ziyana görə kompensasiya; 
 yol nəqliyyat hadisəsi nəticəsində siz özünüz xəsarət almısınızsa, müalicə xərclərinizin ödənilməsi.
Tərəflərin razılığına əsasən sığorta haqqı hissə-hissə ödənilə bilər.
Nəqliyyat vasitəsini Paşa Sığorta Şirkətində sığortalamağın üstünlükləri:

  • Dəyişkən sığorta tarifi sistemimiz imkan veriri ki, sığorta üçün ödənəcək pulu planlaşdıra bilərsiniz, zərər ödənişi verilməyən müştərilər üçün avtomobil sığortası ildən ilə endirimlə həyata keçirilir.
  • əyişkən endirim sistemi

VIP müştərilər əlavə pul ödəmədən aşağıda sadalanan xidmətlərimizdən istifadə edə bilərlər:

  • Müqavilənin imzalanması və ya sığorta şəhadətnaməsinə hansısa bir dəyişiklik edildiyi zaman müştərinin evinə va ya ofisinə getmək;
  • Sığorta və ödəniş üzrə şəxsi menecer;
  • Sığorta hadisəsi baş verdiyi zaman ərizənin alınması üçün müştərinin evinə va ya ofisinə getmək, zərər dəymiş əmlaka baxış keçirmək, təmirə verilmə;
  • DYP-dən lazımi arayışın alınması.

Təmənnasız:

  • Sığorta ilə bağlı istənilən məsləhətin verilməsi;
  • Nəqliyyat vasitəsinə baxış keçirilməsi;
  • Sığortalamazdan əvvəl ekspertiza keçirmək və qiymətləndirmə;
  • Ekspertin çağırılması və dəymiş zərərin hesablanması, ehtiyac olarsa müstəqil ekspertizanın aparılması;
  • Maşının ayrı-ayrı hissələri, həmçinin, təmir barədə məlumat;
  • ə-gündüz dispetçer xidməti.

Yalnız Paşa Sığortada:

  • Yol nəqliyyat hadisəsi yerindən zəng etməklə: bütün sənədləri rəsmiləşdirmək üçün mütəxəssis gəlir, sığorta hadisəsinin baş verməsi barədə ərizəni qəbul edir, ekspertiza aparır və DYP-yə sorğu göndərir
  • Avtomobilinizi qarajda və ya xüsusi qorunan dayanacaqlarda saxlamağa ehtiyac yoxdur. Siz avtomobilinizi istədiyiniz yerdə saxlaya bilərsiniz.
  • Sığorta ödənişinin məbləği əsaslandırılmış və şəffaf hesab əsasında aparılır
  • Avtomobilinizin pulsuz evakuasiyası
  • KASKO sığortası üzrə sığorta hadisəsinin baş verməsi barədə günün 24 saatı açıq olan qaynar xəttimizə məlumat verə bilərsiniz
  • Sığorta ödənişini hansı yolla almaq üsulunu seçmək imkanı: nəğd şəkildə və ya avtomobilinizi təmir edən müəssisənin bank hesabına köçürmə yolu ilə
  • KASKO sığortası şəhadətnaməsində avtomobili idarə etmək hüququ olan şəxslər sırasına əlavə sürücü daxil etmək
  • "Paşa" Sığorta sığorta təminatı ilə yanaşı maliyyə, təşkilati-texniki və hüquq xidmətləri də təklif edir.

Biz avtomobil təmiri ilə məşğul olan ən yaxşı müəssisələr ilə əməkdaşlıq edirik. Burada müştərilərin istəyi ilə qısa bir zamanda nəqliyyat vasitəsi keyfiyyətli təmir edilir.



Səfər sığortası

Paşa Sığorta aşağıdakı məhdudiyyətsiz ödənişlərə təminat verir:

 həkim xidməti və həkim tərəfindən yazılmış dərmanlar
 xəstəxanada yatmaq və əməliyyat da daxil olmaqla bütün lazımı müayinə xərcləri 
 xəstəxanaya çatdırma və müalicə aldıqdan sonra vətənə təxliyə etmək 
 yeniyetmə yaşına çatmamış və nəzarətsiz qalmış uşaqları öz vətənlərinə gətirmək 
 təcili stomotoloji yardım 
 sığorta şəhadətnaməsində göstərilmiş kateqoriyaya uyğun olaraq digər xidmətlər

Diqqət!
Təhlükəli idman növü ilə məşğul olan və aktiv istirahəti sevənlər üçün xüsusi tariflərlə sığorta proqramnı təklif edirik.

Əgər səfər zamanı səhhətiniz pisləşərsə və ya xoşagəlməz insident baş verərsə, bu halda Sizə lazımı əlavə tibbi xidmət və xərclərərinizi qarşılayacaq bir tibbi xərclərdən sığorta şəhadətnaməsi lazımdır.

Tibbi xərclər bilavasitə tibb müəssisəsinə və ya sığorta olunan servis mərkəzi ilə əvvəlcədən razılaşmaq şərti ilə tibbi xərclərini özü ödədiyi halda siğorta olunana ödənilir. Lazımı yardımın təşkili və istənilən məlumatın verilməsi gün ərzində 24 saat servis xidmətləri tərəfindən həyata keçirilir. Servis xidmətinin telefon nömrəsi sığorta şəhadətnaməsində göstərilir. İstənilən növ səyahətlər üçün sığorta şəhadətnaməsi etibarlıdır.

Sığorta şəhadətnaməsinə aşağıdakı xərclərin ödənişi daxildir:

  • Tibbi xərclər
  • Tibbi daşınma xərcləri
  • Nəqliyyat xərcləri
  • Sığortalının ölümü halında repatriasiya (vətənə qaytarılması) xərcləri
  • Gün ərzində 24 saat servis xidmətləri
  • Əgər sığorta olunanın səfər etdiyi ölkə onun yaşayış yeridirsə və ya o, həmin ölkənin vətəndaşıdırsa, bu halda sığorta şəhadətnaməsi etibarsız hesab olunur.


Enerji risklərinin sığortası

Bu növ üzrə sığorta təminatına aşağıdakılar daxildir:

Quyu üzərində nəzarətin bərpa edilməsi
Təkrar qazma işləri 
Əlavə xərclər

Sığorta təminatı aşağıda sadalananlara şamil edilmir:


  • Hər hansı dövlətin və ya başqa bir hökumət qurumunun və yaxud hər hansı hökumət orqanının və ya onun strukturunun qanunlarına əsasən tətbiq edilən hər hansı cərimə və sanksiyalar; 
  • Kompensasiya xarakterli zərərlərin artması nəticəsində əmələ gələn zərərlər də daxil olmaqla hər hansı cəzalandırıcı və ya cərimə tətbiqedici zərərlər; 
  • Müqavilə üzrə şərtlərin və ya qaydaların tamamilə və yaxud qismən pozulması nəticəsində ortaya çıxan hər hansı bir hadisənin birbaşa və ya dolayı yolla ortaya çıxan bütün vəsatətləri; 
  • Aşağıdakılar nəticəsində əmələ gələn itki, zərər və ya xərclər:

 sülh və ya müharibə dövründə, nüvə parçalanması və ya radioaktiv qüvvəyə əsaslanan hər hansı bir hərbi silah (lar) ; 

 üsyan, qiyam, inqilab, müharibə, hakimiyyətin qəsb edilməsi və ya hökumətin yuxarıda sadalanmış xalq hərəkatlarının qarşısının alınması və ya onlardan müdafiə olunması istiqamətində apardığı işlər, karantin və ya gömrük təlimatlarına müvafiq olaraq müsadirə və ya məhv edilmə, hökumətin və ya yerli hakimiyyət orqanlarının göstərişi ilə müsadirə edilmə, və yaxud qaçaqmalçılıq və ya qanunsuz daşıma və ticarət.



Əmlak sığortası

Korporativ müştərilərin əmlakının sığortası
Paşa Sığorta biznesinizi böyük maliyyə itkisi təhlükəsindən qorumaq üçün  müəssisələrin əmlak sığortası proqramını təklif edir.

Əlavə olaraq Siz öz müəssisənizi dəyə biləcək zərərdən və ya sığorta hadisəsi nəticəsində istehsalatda yaranacaq fasilə nəticəsində yaranacaq gəlir itkisindən də sığortalaya bilərsiniz.

Paşa Sığorta zərər dəymiş əmlakı bərpa etmək üçün tələb olunan bütün xərcləri ödəyir.
Məhz sığorta sizin biznesi kritik vəziyyətdən qurtara bilər. Sığortaya çəkiləcək xərc kiçik bir məbləğdir və qəfil qəza itkilərindən fərqli olaraq Siz onu planlaşdıra bilərsiniz. Nə qədər sığorta haqqı ödəmək istəyinizdən asılı olaraq bu məbləği özünüz müəyyən etməyi Sizə təklif edirik. Nəzərə alın ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sığorta haqqından heç bir vergi tutulmur.


  • Sığorta təminatının etibarlılığına zəmanət - Paşa Sığorta Şirkətinin böyük maliyyə imkanları və etibarlı xarici şirkətlərlə təkrarsığorta müqavilələri mövcuddur.
  • Paşa Sığorta tərəfindən təklif edilən çeşidli sığorta proqramları vasitəsilə Sizin biznesinizi qorumaq üçün kompleks şəkildə təminat
  • İstəyinizə uyğun dəyişdirilə bilən tarif dərəcələri və franşiza (həmçinin müqavilənin vaxtının uzadılması) vasitəsilə Siz qənaət edəcəksiniz və sizin maraqlarınıza maksimum cavab verən fərdi sığorta proqramı almış olacaqsınız.
  • Sığorta haqqının hissə-hissə ödənişi həyata keçirilə bilər.
  • Bizim peşəkar ekspertlərimizin məsləhətlərinə əməl etməklə riskin səviyyəsini aşağı salmış olacaqsınız.
  • Sığorta hadisəsi baş verdiyi halda  Paşa Sığorta  Şirkətinin ödəniş proseduru sadə və ədalətlidir..

Müəssisənin mülkiyyətində və ya sərəncamında olan, həmçinin, icarəyə, lizinqə götürülmüş, saxlamağa , girova və ya daşınmaq üçün verilmiş əmlak sığortalana bilər:

 Bina;
 Tikinti;
 Maşınlar və avadanlıqlar;
 Ölçü və tənzimləmə cihazları və qurğular;
 Hesablama maşınları və orqtexnika;
 Alətlər, istehsal və təsərrüfat avadanlığı;
 Sığorta müqaviləsində qeyd olunmuş ərazidə olarkən nəqliyyat vasitələri və digər hərəkət edən maşınlar;
 Tam tikilməmiş obyektlər;
 Məhsullar, mallar, xam materiallar və s;
 İnteryer əşyaları və təmir, mebel;
Paşa Sığorta əmlakınızı aşağıdakı risklərdən sığortalayır:


  • Yanğın;
  • İldırım vurması;
  • Məişət məqsədi üçün istifadə olunan qazın partlaması;
  • Havada idarə edilən uçan obyektlərin, onların bir hissəsinin düşməsi;
  • Su borusu, qızdırıcı və kanalizasiya və yanğınsöndürmə sistemində qəza nəticəsində daxili su basması;
  • Təbii fəlakətlər;
  • Buxar qazanının, qaz anbarının, qaz borusunun, maşınların, apparatların və digər analoji qurğuların partlaması;
  • Sındırmaq yolu ilə oğurluq, soyğunçuluq (quldurluq);
  • Əmlakın məhv olmasına və ya zədələnməsinə yönəlik üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri;
  • Pəncərə şüşəsinin, güzgünün və vitrinin sınması;
  • Yükləmə-boşaltma işlərinin aparılması zamanı zədələnmə .

Sığorta hadisəsi ilə yanaşı tüstü, yüksək hərarət, qaz və hava təzyiqi kimi hallar nəticəsində yaranan ziyanlar da təminat altına alınır. 



Fərdi şəxslərin əmlakının sığortası 

Evdən daha vacib nə ola bilər. Hər birimiz bu isti və rahat yuvanın qurulması üçün az əmək sərf etmirik. Bunun dəyərini sərf edilmiş maddiyyatla ölçmək olmaz. Bizi əhatə edən hər şey - öyrəşdiyimiz şərait, öz əşyalarımız, sevdiyimiz ev mühiti - bu bizim ahəngdar dünyamızın hissələridir. Bizim ruhi sakitliyimiz bu dünyanın stabilliyindən asılıdır.

Niyə görə bizə ən vacib olan bir şeyi risk altında qoymalıyıq? Sevdiyiniz, sizə əziz olan hər bir şeyin qorunmağa ehtiyacı var. Şəxsi mənzil əldə etmək - bu ancaq işin yarısıdır. Əmlakınızın qorunması üçün etibarlı partnyora müraciət etməniz lazımdır.

Paşa Sığorta Şirkətində sizə uyğun fərdı sığorta proqramı ilə Siz öz mənzilinizi/evinizi sığortala bilərsiniz.

Sığorta obyekti sığorta etdirənin sahiblik, sərəncamında və ya istifadəsində olmasından yaranan mülki maraqları təşkil edir. Sığorta etdirən sahib olduğu, həmçinin, ona etibar olunan, icarə, lizinq və girovda olan əmlakı sığortalaya bilər.

Paşa Sığorta  öz müştərilərinə mənzillərini, içindəki avadanlıqlarını və ev əşyalarını kompleks şəkildə sığortalamağı təklif edir. Həmçinin Siz üçüncü şəxs qarşısında mülki məsulıiyyətinizi də sığrtalaya blərsiniz. Bilməyərəkdən qonşuyu ziyan vurduğunuz halda bu sığorta şəhadətnaməsi Sizi yaranan ziyanı aradan qaldırmaq üçün ödəyəcəyiniz izafi xərclərdən qurtarmış olacaq.

Əmlak sığortası üzrə siz sığortalaya bilərsiniz:

 Kottec, bağ evi, təsərrüfat tikililəri (qarajlar, anbarlar, damlar və bu qəbildən olan tikililər) 
 Təmirli mənzil
 Yaşayış yerinin təmiri və avadanlıqları
 Tam tikilməmiş obyektlər

 Ev əşyaları:

  • Mebel;
  • Məişət, hesablama maşınları və orqtexnika, tele, video və audio aparatlar;
  • Xalça, qab-qacaq, paltarlar və s.;
  • Sənət əsərləri, əntiq əşyaları, zərgərlik malları və s.

Əmlak aşağıdakı risklərdən sığortalana bilər:

  • Yanğın (genış yayılmlş qarşısı alınmaz alov);
  • Su təchizatı, qızdırıcı və kanalizasiya və s. sistemində qəza;
  • Təbii fəlakətlər;
  • Oğurluq, soyğunçuluq, quldurluq və üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri;
  • Uçan obyektlərin və ya onların bir hissəsinin, hava nəqliyyat vasitələrinin, ağacların və digər predmetlərin düşməsi;
  • Partlayış və s.


Fərdi qəza sığortası

Siz bədbəxt hadisənin yarana biləcək bütün nəticələrindən sığortalana bilərsiniz:

 fiziki travma və ya əlillik 
 iş qabiliyyətinin müvəqqəti olaraq itirilməsi 
 şikəstlik
 ölüm
Paşa Sığorta Şirkətində bədbəxt hadisələrdən sığortalanmaqla Siz keyfiyyətli sığorta təminatı almış olacaqsınız .
Sizin istəyinizə əsasən bu təminat 1 gündən 1 ilə qədər, gecə-gündüz və ya günün müəyyən saatları, bütün dünyada və ya məhdud ərazidə qüvvədə ola bilər. 
Sığorta təminatının səviyyəsi Sizin müəyyən edəcəyiniz sığorta məbləğindən asılı olacaqdır.
Bədbəxt hadisə baş verdiyi halda sizə, sizin varisinizə və ya sığorta şəhadətnaməsində adı göstərilən şəxsə ödənilir:

  • tam sığorta məbləği (ölüm və iş qabiliyyətinin daimi və tam olaraq itirilməsi halında);
  • zədənin (əlilliyin) ağırlıq dərəcəsindən asılı olaraq sığorta məbləğinin bir qismi.

Tam və ya qismi sığorta məbləği sığorta ödənişi üçün ərizə verilən gündən etibarən bir neçə bank günü ərzində ödənilir. Sığorta şəhadətnaməsində adı göstərilən faydagötürənin ölümü halında qanunla varislik almaq üçün lazım olan müddəti gözləməyə ehtiyac yoxdur.
Hər birimiz öz yaxınlarına təhlükəsizlik arzulayır, lakin çoxları bunu təmin edə bilmirlər. İndi Siz bütün ailə üzvlərinizi eyni zamanda bədbəxt hadisələrdən sığortalaya bilərsiniz!
Paşa Sığorta Sizi və ailənizi bədbəxt hadisə nəticəsində yarana biləcək qabaqcadan nəzərdə tutulmayan xərclərdən qorumaq üçün bədbəxt hadisələrdən sığorta üzrə bir neçə ailəvi sığorta proqramı təklif edir.

Sığorta şəhadətnaməsi bədbəxt hadisənin yarana biləcək bütün nəticələrinə təminat verir:

 ölüm 
 şikəstlik
 fiziki travma və ya əlillik
Sizin sığorta təminatınız il ərzində gündə 24 saat Azərbaycan Respublikası ərazisində qüvvədə olacaqdır. Sizin yaxınlarınız ezamiyyətdə, işdə və səyahətdə olarkən təminat altında olmuş olacaqlar.
Bədbəxt hadisələrdən sığortalanmaq çox sadədir. Bunun üçün şifahi müraciət etmək kifayəydir, müqavilə tibbi baxış keçirilmədən bağlanılır.

Sizin sığorta təminatınız il ərzində gündə 24 saat Azərbaycan Respublikası ərazisində qüvvədə olacaqdır. Sizin yaxınlarınız ezamiyyətdə, işdə və səyahətdə olarkən təminat altında olmuş olacaqlar.

Bədbəxt hadisələrdən sığortalanmaq çox sadədir. Bunun üçün şifahi müraciət etmək kifayəydir, müqavilə tibbi baxış keçirilmədən bağlanılır.



Texnika və avadanlıq sığortası

Sığortanın bu növü stasionar maşın və mexanizmlərin, avadanlığın və digər qurğuların gözlənilmədən qəfil sinması nəticəsində yaranan zərərlərdən sığorta etdirənin mülki maraqlarını qoruyur.

Sığorta etdirənin (əmlakın sahibi, icarədar, lizinqə götürən şəxs) stasionar maşınlar, aparatlar, müxtəlif mexaniki avadanlıqlar və qurğuları sığorta predmeti hesab olunur, həmçinin:

Enerji hasil edən maşınlar (buxar qazanları, turbinlər, generatorlar, mühərriklər və s.); 
 Enerjinin bölüşdürülməsi və ötürülməsini həyata keçirən maşın və qurğular (transformatorlar, yüksək voltlu lövhələr, elektrik açarları, cərəyan ötürən xəttlər və s.); 
 İşləyən və yardımçı maşınlar (müxtəlif dəzgahlar, nasoslar, kompressorlar və s.).
Yalnız istismara hazır, lazımı texniki vəziyyətdə olan və sınaq müddətini və nəzarət testini keçən maşınlar sığortalanırlar.

Sığorta müqaviləsi ilə maşın və mexanizmlərin yalnız gözlənilmədən və qəfil aşağıda sadalananlar nəticəsində zədə alması (içəridən sınması) və ya məhv olması risk hesab olunur:

  • Layihələndirmədə, konstruksiyasında yanlışlıq;
  • Hazırlanma və montaj zamanı yanlışlıq;
  • İstifadə olunmuş materialda və ya tökmədə qüsur;
  • İstifadədə qəsdlə edilməyən yanlışlıq;
  • Enerji yüklənməsi, həddindən artıq qızma, vibrasiya, pərçimlənmə, yad cisimlər vasitəsilə ilişmə, mərkəzdənqaçma qüvvəsinin təsiri, materialın köhnəlməsi;
  • Qısa qapanma, elektrik şəbəkəsinin yüklənməsi, gərginliyin, atmosfer dərəcəsinin (ildırım vurmasından başqa) düşməsi və digər bu qəbildən olan hallar;
  • Hidravlik zərbə və ya buxar qazanlarında, buxar generatorlarında, buxar və ya maye ilə işləyən digər aparatlarda mayenin çatışmaması;
  • Buxar qazanlarında (qazın və ya buxarın genişlənməsi nəticəsində qazanın divarlarının qırılması), daxili yanacaqlı mühərriklərdə, digər enerji istehsal edən mənbələrdə partlayış;
  • külək, şaxta, buz axını;
  • Tros və zəncirin qırılması nəticəsində sığortalanmış predmetlərin düşməsi, onların digər predmetləri zədələməsi və digər qəza xarakterli səbəblər.

Sığorta hadisəsi baş verdiyi halda sığortaçının sığorta etdirənə (faydagötürənə) ödədiyi məbləğ maşın və mexanizmin zərər görməzdən əvvəlki istismar-texniki vəziyyətinə uyğun digər analoji maşın və mexanizmilə əvəz edilməsi mümkün olan məbləğə uyğun olmalıdır. 



İnşaat sığortası

Paşa Sığorta Şirkəti sifarişçilərə, podraçılara və investorlara inşaat, montaj, təmir və obyektlərin müxtəlif mürəkkəb rekonstruksiyası ilə bağlı kompleks şəkildə əmlak maraqlarının qorumasını təklif edir.

Sığorta, şirkətin mütəxəsisləri tərəfindən hazırlanmış və beynəlxalq təcrübəyə əsaslanan qaydalara uyğun olaraq həyata keçirilir.

Biz aşağıda sadalananların sığortasını təklif edirik:

 İnşaat işləri; 
 Montaj işləri; 
 İnşaat texnikası; 
 İnşaat sahəsinin avadanlıqları; 
 Ərazinin təmizlənmə xərcləri; 
 Zəmanət verilən öhdəliklərin işə salınmasından sonra baş verən gözlənilməyən xərclər;
 İnşaat-montaj işlərinin aparılması zamanı üçüncü şəxslər qarşısında mülki məsuliyyət; 
 İnşaatçı və arxitektorların peşə məsuliyyətləri.



İnşaat işləri sığortası

İnşaat işləri - inşaat müqaviləsinə uyğun olaraq obyektin bütün inşaat işləri. 
Sığorta məbləği inşaat işlərinin tamamlanması zamanı materialların dəyəri, əmək haqqı, daşınma xərcləri, gömrük rüsumu, tutulmalar və s. həmçinin sifarişçi tərəfindən təchiz edilmiş materiallar və inşaat elementlərinin dəyəri də daxil edilməklə tam layihə (smeta) məbləği həcmində müəyyənləşdirilir.

Dəymiş zərər aşağıda göstərildiyi şəkildə ödənilir:

  • Sığortalanmış əmlakın oğurlanması halında - köhnəlmə çıxılmaqla sığorta hadisəsi baş verdiyi günə olan dəyəri həcmində
  • Sığortalanmış əmlakın məhv olması halında - gələcəkdə istifadəyə yararlı olan qalıq hissənin dəyəri çıxılmaqla sığorta hadisəsi baş verdiyi günə olan dəyəri həcmində
  • Sığortalanmış əmlakın zədələnməsi halında - sığorta hadisəsi baş verdiyi günə olan vəziyyətinə bərpa olunması üçün cəkiləcək xərc həcmində

Sığortalanmış əmlakın bərpa xərclərinə aşağıdakılar daxil ola bilər:

  • Sığortalanmış əmlakı bərpa etmək üçün lazım olan material və ehtiyat hissələrinin əldə olunmasına cəkiləcək xərclər
  • Zədələnmiş əmlakı bərpa etmək üçün çəkiləcək əl əməyi xərcləri



Montaj işlərinin sığortası

Montaj işləri - inşaat müqaviləsinə uyğun olaraq obyektin bütün montaj işləri.

Sığorta məbləği hər bir sığorta obyektinin montajı bitdikdən sonra daşınma xərcləri, gömrük rüsumu, tutulmalar və montaj xərcləri və s. həmçinin sifarişçi tərəfindən təchiz edilmiş müxtəlif montaj elementlərinin dəyəri də daxil edilməklə tam layihə (smeta) məbləği həcmində müəyyənləşdirilir.

Dəymiş zərər aşağıda göstərildiyi şəkildə ödənilir:

  • Sığortalanmış əmlakın oğurlanması halında - köhnəlmə çıxılmaqla sığorta hadisəsi baş verdiyi günə olan dəyəri həcmində
  • Sığortalanmış əmlakın məhv olması halında - gələcəkdə istifadəyə yararlı olan qalıq hissənin dəyəri çıxılmaqla sığorta hadisəsi baş verdiyi günə olan dəyəri həcmində
  • Sığortalanmış əmlakın zədələnməsi halında - sığorta hadisəsi baş verdiyi günə olan vəziyyətinə bərpa olunması üçün cəkiləcək xərc həcmində 

Sığortalanmış əmlakın bərpa xərclərinə aşağıdakılar daxil ola bilər:

  • Sığortalanmış əmlakı bərpa etmək üçün lazım olan material və ehtiyyat hissələrinin əldə olunmasına cəkiləcək xərclər
  • Zədələnmiş əmlakı bərpa etmək üçün çəkiləcək əl əməyi xərcləri

Həyat sığortası

Paşa Sığortadan uzunmüddətli həyat sığortası əldə etmək sərfəlidir. Nə üçün?
 Həyat sığortası müqaviləsi 5 il və daha uzun müddətə bağlanıla bilər. 

 Sığorta ödənişlərindən gəlir vergisi tutulmur. 

 Bədbəxt hadisə baş verdiyi halda müalicə olunmaq üçün Sizə pul ödəniləcəkdir. Ödənişin həcmi dəymiş zərərin dərəcəsindən asılıdır. 

 Sığorta ödənişi, həmçinin, əlillik dərəcəsi alındığı təqdirdə də verilir. Sığorta müqaviləsinin müddəti bitdiyi zaman Siz yığmağı nəzərdə tutduğunuz məbləği alacaqsınız. 
 Sığorta şəhadətnaməsinin sahibi vəfat edərsə, onun hüquqi varisləri maddi cəhətdən yardım alacaqdır. 

 Uşaqlarınızın stabil gələcəyi çox hallarda Sizdən asılıdır. Bizim proqramların köməyi ilə Siz uşaqlarınızın yaşayış yerinin olması və yaxşı təhsil almaları üçün kifayət edəcək qədər məbləğ yığa bilərsiniz.

Uzunmüddətli yığımlı həyat sığortası üzrə Paşa Sığortada sığortalanmaq nə qədər etibarlıdır?

Sizin pullar ölkənin iqtisadi vəziyyətindən asılı olmayaraq tam şəkildə saxlanılacaqdır.
Paşa Sığorta  öz öhdəliyi üzrə 20 000 000 manat həcmində nizamnamə kapitalı ilə zəmanət verir!

  • Sizin müqaviləniz üzrə uzunmüddətli investisiya proqramını yüksək keyfiyyətli mütəxəsislər hazırlayır.
  • Sığorta haqqını nə vaxt ödəyəcəyiniz barədə sərbəst qərar qəbul edə bilərsiniz: yarım ildə bir, hər il və ya birdəfəlik.
  • Sığorta təminatına ehtiyacdan və maliyyə imkanlarınızdan çıxış edərək sığorta məbləğini Siz özünüz müəyyən edirsiniz.
  • Sığorta təminatı ilkin sığorta haqqının ödənildiyi andan qüvvəyə minir.
  • Ailə başçısının erkən vəfat etməsi halında uşaqlarınız üçün nəzərdə tutulmuş pul məbləği bu şərti sığorta müqaviləsinə daxil etməklə sığorta şirkətinin imkanları hesabına artırılır.
  • Yığılmış pul məbləğini, sığorta müqaviləsinin müddəti bitəndən dərhal sonra və ya ömürlük pensiya şəklində alacağınıza Siz özünüz qərar verirsiniz.

Sizin fərdi məsləhətçiniz Sizə əlverişli proqramı seçməyə və sığorta ödənişi alarkən sənədləşmə işlərinin həyata keçirilməsinə kömək edəcəkdir.


Yüklərin sığortası

Paşa Sığorta Şirkətinin yük sığortası müqaviləsinin şərtləri müasir tələblərə cavab verir.

Paşa Sığorta Şirkəti yük sığortası ilə bağlı aşağıdakı proqramları Sizə təklif edir:

  • Bir səfər üçün nəzərdə tutulmuş sığorta şəhadətnaməsi. Sığortalanmaq üçün verilən ərizə əsasında rəsmləşdirilir. (müxtəlif növ yüklərin bir səfərlə daşınması).
  • Yüklərin daşınması üzrə ümumi sığorta şəhadətnaməsi (müqavilə). Razılaşdırılmış marşrutla yüklərin müntəzəm olaraq daşınması və ya eyni cinsli yüklərin daşınması zamanı istifadə olunan müqavilə forması nəzərdə tutulur. Ümumi sığorta şəhadətnaməsi yüklərin daşınması üzrə sənəd dövriyyəsini sadələşdirir və sənədlərdə göstərilmiş bütün yükləri təminat altına alır. Ümumi sığorta şəhadətnaməsində müxtəlif sığorta haqqının ödənmə üsulları nəzərdə tutulmuşdur.

Sığortanın bu növü üzrə sığortalamaq olar:

 Dünyanın hər hansı bir nöqtəsinə müxtəlif nəqliyyat vasitələri ilə daşınan yükü 
 Yükün daşınması üçün sərf olunan nəqliyyat xərcləri
Sığorta, yükün daşınması zamanı qəsdən edilməyən oğurluq, soyğunçuluq, hərbi ixtişaş, lakout və s. nəticəsində yükün zədələnməsi və ya məhv olması halında sığorta təminatının həcmindən asılı olaraq zərərin ödənilməsinə təminat verir.

Zərər ödənişinə yükün zədələnməsi və ya məhv olması nəticəsində dəymiş ziyan, yükün xilas və ya təmir olunmasına çəkilən xərc və ekspertiza xərcləri daxildir.

YÜK DAŞIYANIN VƏ YA EKSPEDİTORUN ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULİYYƏTİNİN SIĞORTASI

Yük daşıyanın və ya ekspeditorun üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası yüklərin daşınması və ya göndərilməsi ilə məşğul olan şirkətlər üçün nəzərdə tutulub və onlara ümumi sığorta müqaviləsi bağlamağı təklif edir.

Sığorta təminatı

Paşa Sığorta Şirkəti aşağıda sadalananlar əsasında yük daşıyanları və ekspeditorları haqlı iradlardan qorumaq üçün sığorta proqramları hazırlamışdır:

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
  • Yükün daşınması və göndərilməsi xidməti sahəsində olan beynəlxalq hüquq müqavilələri və Konvensiyaları CMR/BADK, FIATA;
  • Sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta etdirənə edilən iradları tənzimləmək üçün yük daşınması və göndərilməsi sahəsində dövlətin milli qanunvericiliyinin tələbləri;
  • Sığortaçı tərəfindən əvvəlcədən qəbul edilmiş digər müqavilənin şərtləri.

Sığorta olunan risklər:

  • Yükün məhv olması, zədələnməsi və ya itkisi, yükün etibarlı qorunmasını təmin etməmək, nəqliyyat vasitəsinin hər hansı bir predmetlə toqquşması, yanğın, nəqliyyat vasitəsinin körpüsünün sınması, alov və ya partlayış, oğurluq və ya soyğunçuluq, temperatur rejiminin pozulmasına qarşı məsuliyyət.
  • Yükün çatdırılmasında gecikmə nəticəsində yaranan maliyyə itkisi, yükün səhv göndərilməsi, yükün daşınma haqqının ödənilməsinə qarşı məsuliyyət.
  • Gömrük tutulmaları və rüsumlarının ödənilməsi.
  • Daşınan yük vasitəsilə üçüncü şəxslərin sağlamlığına və əmlakına vurulan ziyana görə üşüncü şəxslər qarşısında məsuliyyət.
  • Sığorta hadisəsinin araşdırılmasına çəkilən xərclər.
  • İtkinin qarşısının alınması və ya azaldılmasına çəkilən xərclər.


Könüllü tibbi sığorta

Paşa Sığorta  Şirkətində könüllü tibbi sığorta - bu uyğun qiymətə yüksək keyfiyyətli, rahat şəraitdə tibbi yardımın alınması, düzgün və dəqiq qoyulacaq dioqnozlardan istifadə etmək və ən müasir tibbi texnologiyalarla müalicə deməkdir. Könüllü tibbi sığorta çərçivəsində könüllü tibbi sığorta proqramları ödənişli klinikalara və prestijli tibb müəssisələrinə birbaşa müraciət etməklə müqayisədə əhəmiyyətli dərəcədə ucuzdur.

Paşa Sığorta  Şirkətində könüllü tibbi sığorta etdirməyin üstünlüklərini saya bilərik və bu üstünlüklərə görə Şirkətimizdə könüllü tibbi sığorta etdirməyə dəyər:

  • Sığortadan istifadə etmək tibbi yardım üçün birbaşa klinikaya müraciət etməkdən daha ucuzdur.
  • Tibbi müəssisələr ilə müntəzəm olaraq iş aparılması yüksək xidmətə təminat verir.
  • Paşa Sığorta Şirkəti  sığorta olunan tərəfindən seçilmiş proqram çərçivəsində bütün lazımı tibbi xərcləri ödəyir.
  • Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta haqqı dəyişilməz olaraq qalır. Tibb müəssisələrində xidmətin bahalaşması riskini Sığorta Şirkəti öz öhdəsinə götürür. Nəzərə alsaq ki, tibbi xidmət il ərzində 10-30% artır və bu sığorta şəhadətnaməsindəki sığorta məbləğinə heç bir təsir etmir, bununla Siz inflyasiyadan qorunmuş olursunuz.
  • Gündə 24 saat dispetçer xidməti və sığortaçının təcili yardım xidməti.
  • Səhhətiniz ilə bağlı bütün problemləri həll etməyə həmişə hazır olan Sizin müqavilə üzrə həkim kuratorunuza müraciət etmək.
  • Biz müştərilərimizə zamanından və kəmiyyətindən asılı olmayaraq ən yaxşı tibb müəssisələrində istənilən mürəkkəb səviyyəli müalicə və tibbi yardım almaq imkanı yaradırıq.
  • Paşa Sığorta Şirkətinin mütəxəsisləri şirkətin müştərilərinə göstərilən tibbi xidmətin keyfiyyətinə müntəzəm olaraq nəzarət edir və tibbi müəssisə ilə hər hansı fikir ayrılığı yarandığı zamanı müştərinin maraqlarını müdafiə edir.
  • Tibb sahəsində dərin biliyə malik olan sığortaçı tərəfindən ən yaxşı tibb müəssisələrinin seçilməsi.
  • Biz müştərinin arzu və imkanına uyğun daha optimal fərdi proqramın hazırlanmasına çox müsbət yanaşırıq.
  • İşçilərin sayından asılı olaraq kollektivlərə böyük endirimlər edirik.
  • Digər əlavə xidmətlər (bonuslar) təklif edirik..

Paşa Sığorta Şirkətində Tibbi sığorta - sizin sağlamlığınıza zəmanətdir!



Məsuliyyət sığortası

Paşa Sığortada üçüncü şəxslər qarşısında mülki məsuliyyətinizi sığortaladığınız zaman nəinki dəymiş ziyan ödənilir, həmçinin, məhkəmə xərcləri, şikayətin həll olunması üçün digər xərclər şirkətimiz tərəfindən ödənilir.

Paşa Sığorta Şirkəti əmlakın istifadəsi, təhlükəli istehsal obyektləri, yüksək təhlükəli mənbələrdən istifadə, müxtəlif növ peşə fəaliyyətinin yerinə yetirilməsi, həmçinin, məhsulun, işin, xidmətin keyfiyyəti ilə bağlı məsuliyyət sığortasının daha geniş yayılmış növlərini təklif edir.

Mülki məsuliyyət:

Hansı fəaliyyət növü ilə məşğul olursanız olun əmlakın, binanın, tikintinin istifadəsi və saxlanılması zamanı üçüncü şəxslərə gözlənilmədən ziyan vurulması riski həmişə mövcuddur.

Əgər Sizin şirkət inşaat, istehsal və ya istismarla məşğul olursa, bu zaman sadalanan risklər yüksək təhlükə mənbəyi olan texniki vasitələr və mexanizmlərin istifadəsi ilə daha da artır. 

Sığortanın bu növü ziyan vurduğu şəxsə kompensasiya ödəmək məsuliyyətinə əsaslanır Sığorta etdirən tərəfindən üçüncü şəxsə vurulmuş ziyanı kompensasiya etmək öhdəliyi yaranması nəticəsində sığorta hadisəsi yaranır.

Aşağıda sadalananlar nəticəsində üçüncü şəxsə ziyan vurulduğu təqdirdə sığorta hadisəsi hesab olunur:

  • yanğın;
  • nəqliyyat vasitələrinin, maşın və mexanizmlərin və digər yüksək təhlükə mənbələrinin toqquşması və qəzası və digər risklər;
  • borusu, kanalizasiya, istilik sistemi və yanğınsöndürmə sistemindən su basması;
  • tikintinin və ya onun bir hissəsinin uçması;
  • idman və kütləvi mədəniyyət mərasimlərinin təşkil olunması və həyata keçirilməsi;
  • reklam və bayramların bədii tərtibatı ilə bağlı atəşfəşanlıq, çıraqbanlıq və digər xüsusi effekt işlərinin təşkili və həyata keçirilməsi;
  • binanın, tikilinin, ərazinin saxlanılması və istifadəsi və digər bir sıra risklər

Misal üçün, əgər bir ofisdə elektrik çaydanı alovlanarsa və bu alov qonşuluqdakı əmlaka da keçərsə və nəticədə bütün bina yanarsa, yanğın baş verən ofisin sahibi yanğın nəticəsində zərər çəkmiş şəxslərə tam şəkildə kompesasiya ödəməyə borcludur.

Fiziki şəxslərin həyat və sağlamlığına dəymiş ziyana görə sığorta ödənişinə aşağıdakılar aiddir:

  • zərər çəkən şəxsin əmək qabiliyyətini itirməsi və ya şikəst qalması və ya aldığı digər zədə nəticəsində əmək qabiliyyətini azalması səbəbiylə itirdiyi qazancı, əmək haqqı;
  • sağlamlığının bərpa olunması üçün çəkilən lazımi xərclər (qidalanmanın gücləndirilməsi, sanator-kurort müalicəsi, kənar şəxsin qulluğu, protez qoyulması, nəqliyyat xərcləri, ödənişli tibbi xidmət və s.);
  • dəfnlə bağlı xərclər.

Peşə məsuliyyətinin sığortası:

Hər bir, hətta peşəkar mütəxəssisin də işində səhv edə bilmə riski mövcuddur. Üçüncü şəxsin həyat və sağlamlığına, əmlakına vurulan ziyana görə həmin mütəxəssisin işlədiyi təşkilat məsuliyyət daşıyır.

İnsanların öz hüqüqlarını bilmə səviyyəsinin artması, keyfiyyətsiz xidmət nəticəsində zərər çəkən şəxslərin şikayətlərinin sayının artmasına gətirib çıxarır.Və əlbətdə bu xidmət ödənişlidirsə, o zaman sikayətin qaldırılması riski daha da artır.

Dəyməş zərərin kompensasiya olunması üçün maliyyə itkisi ilə yanaşı digər xoş olmayan hallar da yaranır: zərər çəkmiş şəxslə danışıqlar, müstəqil ekspertizanın keçirilməsi, iş məhkəməyə çatdıqda isə - məhkəmə prosesində iştirak etmək üçün sərf edilən vaxt və vəsait. Bütün bunlar şirkətin imicinə təsir edir.

Peşə məsuliyyətinin sığortası vasitəsilə üçüncü şəxsin həyatına, sağlamlığına və ya əmlakına qəsdən vurulmayan ziyan riskini sığorta şirkətinə keçirmək olar. Sığorta müqaviləsinin olması şirkıtin öz peşə öhdəkliklərinə masuliyyətsiz yanaşması deyil, əksinə özünün biznes portnyorlarının maraqlarına qarşı vicdanla, rasional və məsuliyyətlə yanaşdığını göstərir. Hər kəs səhv edə bilər. Şirkətin də öz işçisinin mükəmməlliyinə arxalanmayaraq dəymiş ziyanın kompensasiya olunmasına zəmanət verməklə partnyorlarının maraqlarını qorumaq, onu öz kontraqentlərinin gözündə daha da etibarlı edir.

Sığorta obyekti şəxsin mülkiyyət maraqlarını deyil, sığorta etdirənin vurduğu ziyana görə zərər çəkmiş şəxsə aşağıda sadalananlarla bağlı kompensasiya ödəmək məsuliyyəti riskidir:

  • üçüncü şəxsə vurulmuş ziyan (əmlakına və ya sağlamlığına);
  • üçüncü şəxsə vurulmuş ziyana görə məsuliyyətdən irəli gələn məhkəmə və digər xərclər. 

İşəgötürənin məsuliyyəti:

İşəgötürənin məsuliyyətinin sığortasının məqsədi işçilərinin öz vəzifə borclarını yerinə yetirərkən ölüm, əmək qabiliyyətinin itirilməsi, bədənə dəyən və ya digər zədələrə görə işəgötürənin Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yaranmış olan öhdəliyi üzrə maraqlarının təmin olunmasıdır.

Bu sığorta növü ilə həmçinin məhkəmə və bununla əlaqədar digər xərclər də qarşılanır. Bu sığorta növü ilə işçinin bədən xəsarəti alması, zəhərlənməsi, isti vurması, yanması, donması, elektrik vurması, yüksəklikdən düşməsi və s. risklərə qarşı sığortalanmaq olar.

Sığorta məbləği işçinin əmək haqqından asılıdır və müqavilə bağlanan zaman hər iki tərəf bu məbləği müəyyənləşdirir.

Həm əmək müqaviləsinə əsasən öz əmək funksiyalarını yerinə yetirən, həm də sifarişlə işləyən şəxslər bu sığorta növü üzrə sığorta olunanlar hesab olunurlar. 



<< geri


financetime Company Products Connect with us
About Business catalog Facebook Facebook
Partners Interview LinkedIn LinkedIn
Support Expert Twitter Twitter
  Rating  
  Payment