1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Dövlət Neft Şirkətində insan resursları portalının tətbiqi ilə bağlı təlimlərə başlanılıb
30.09.2014

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) işəgötürənlə işçilər arasında məlumat mübadiləsinin beynəlxalq təcrübəyə uyğun şəkildə operativ və effektiv həyata keçirilməsinin təmin olunması, işçilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə “ARDNŞ-in insan resursları portalı”nın tətbiqinə dair təlimlərə start verilib.

ARDNŞ-in mətbuat xidmətindən 
AzərTAc-a bildiriblər ki, sentyabrın 26-sı və 29-da insan resursları departamentində şirkətin birbaşa tabeliyində olan kadr xidmətlərinin rəhbərlərinə bu mövzuda təlimlər keçirilib. Təlim zamanı iştirakçılara portalın məqsədi, funksionallığı və faydalarını əhatə edən slaydlar təqdim olunub, kadr xidmətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat verilib.
Bildirilib ki, portal vasitəsilə işçilər tələb olunan məlumatlar və sənədlərlə yanaşı, iş yerindən elektron qaydada arayış alacaq, məzuniyyət günləri və əmək haqqının hesablanması kimi bir çox əməliyyatları həyata keçirə biləcəklər. Bundan əlavə işçilər özləri haqqında sistemdəki məlumatlarla tanış olmaq və orada yol verilən səhvin düzəldilməsi ilə bağlı müraciət etmək, rəhbər şəxslər isə tabeçiliyindəki işçilər haqqında istənilən məlumatı almaq imkanı qazanacaqlar.

Təlim zamanı gələcəkdə portal xidmətlərinin icrasında birbaşa iştirak edəcək kadr xidmətləri işçiləri praktiki tapşırıqları birgə yerinə yetirərək portaldan istifadə qaydalarına yiyələniblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və təkliflər dinlənilib.

Növbəti mərhələdə isə ARDNŞ-in kadr xidmətlərinin digər işçilərinə müvafiq təlimlərin keçirilməsi, daha sonra isə portalın istifadəyə verilməsi nəzərdə tutulub. Portalın effektivliyini artırmaq məqsədi ilə daha geniş auditoriyanı əhatə edəcək istifadəçi qrupları üçün də təlimlər təşkil olunacaq.

www.azertag.com


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment