1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Millikart və AXA Mbask əməkdaşlığı nəticəsində Azərbaycan sığorta sektorunda növbəti böyuk yenilik
11.09.2014

Baki, Finance Time.  MilliKart və  AXA MBASK əməkdaşlığı nəticəsində  Azərbaycan sığorta sektorunda ilk vahid inteqrasiya olunmuş ödəmə sistemi tətbiq olunmuşdur.

Bu sistemin MilliKart tərəfindən indiyə qədər təklif edilən e-commerce həllərindən fərqi budur ki, bütün AXA MBASK agentləri onlayn rejimdə işlədikləri sistemin üzərindən hər hansı sığorta şəhadətnaməsini hazırladıqda, sistemi tərk etmədən müştərinin hər hansı bank kartı vasitəsilə ödəməni həyata keçirə biləcəklər.

Artıq AXA MBASK müştərilərinə bütün mövcud ödəmə üsullarından – nağd, nağdsız - istifadə etməyə imkan verəcəkdir ki, bu da öz nəvbəsində müştərilərin loyallığının artmasına və müştəri məmnuniyyətinin daha yeni səviyyəyə keçməsinə gətirib çıxaracaqdır.

Qeyd etmək istəyirik ki, AXA MBASK həm Millikart şəbəkəsində xidmət olunan bankların, həm də şəbəkənin xaricində olan bütün bankların kartlarını qəbul edə biləcəkdir.   

Xatırladaq ki, AXA MBASK SŞ 2010-cu ildən başlayaraq AXA Qrupun beynəlxalq standartlarının Azərbaycanın sığorta bazarında tətbiq edilməsinə başlamışdır. Sığorta agentliklərin şəbəkəsi vasitəsilə satışın inkişafı planını həyata keçirərək qısa bir müddətdə Azərbaycanın bütün regionlarında sığorta polislərinin satışı ilə məşğul olan, fiziki və hüquqi şəxslər, eləcə də maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə fəaliyyət göstərən 80-ə yaxın sığorta məntəqəsi açılmışdır.

Avropa standartlarına uyğun xidmət keyfiyyəti, həmçinin ödənişlərin zamanında və bütöv şəkildə həyata keçirilməsi qısa bir müddətdə şirkətin “İlin sığorta şirkəti” kimi beş beynəlxalq və milli mükafatlara layiq görülməsinə rəvac vermişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment