1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Həyatın yaşam sığortası 74% artıb, kasko sığortası 35% azalıb
15.08.2014

Baki, Finance Time. Bu ilin yanvar-iyul aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halında sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 3,5 dəfə artaraq 9,5 milyon manatı keçib. Artımın dinamikasına görə 2-ci yeri isə mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,1 dəfə artaraq 400 min manata çatıb.

Həyatın yaşam sığortası üzrə yığımlar 73,8% artaraq 32,8 milyon manat, tibbi sığorta üzrə yığımlar 5,7% artaraq 45,8 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 10,4% artaraq 21 milyon manat, daşınmaz əmlakın icbari sığortası 37,7% artaraq 10,5 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 14,2% artaraq 256 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası 26,3% artaraq 85,4 min manat təşkil edib.

İlin 1-ci yarısında sığorta növləri arasında ən ciddi azalma isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada, eləcə də kreditin sığortasında qeydə alınıb. Bu növ sığortalar üzrə yığımlar 100% azalıb.

Əmlakın yanğından və digər risklərdən sığortası 8,8% azalaraq 18,5 milyon manat, kasko sığorta 34,7% azalaraq 21,1 milyon manat, su nəqliyyat vasitələrinin sığortası 3,1 dəfə azalaraq 300 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası isə cəmi 0,28% azalaraq 37,85 milyon manat təşkil edib.

Sığorta ödənişlərinə gəlincə isə, ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 180 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri həyatın ölüm halından sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 3,3 dəfə artaraq 500 min manat olub.

Həyatın yaşam sığortası üzrə ödənişlər 60%-ə yaxın artaraq 2,55 milyon manat, tibbi sığorta üzrə ödənişlər 7,3% artaraq 27,3 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortası 2,75 dəfə artaraq 5,9 milyon manat, kasko sığortası 5% artaraq 15,8 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 2,45 dəfə artaraq 1,74 milyon manat, daşınmaz əmlakın icbari sığortası 41% artaraq 1,3 milyon manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 16,2% artaraq 16,3 milyon manat təşkil edib.

Sığorta ödənişləri üzrə ən çox azalma isə işçilərim dələduzluğu sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 9% azalıb və 65,6 min manat təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment