1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Yanvar-iyul aylarında Azərbaycandakı 28 sığorta şirkətinin 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib
15.08.2014

Baki, Finance Time. Bu ilin yanvar-iyul aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, şirkət ilk 7 ayda 33,2 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan “Atəşgah Həyat” şirkətinin yığımları 25,5 milyon manat, “Paşa Həyat” şirkətində 25,1 milyon manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Azərsığorta” DSKŞ (24 milyon manat) və “AzSığorta” (21,2 milyon manat) şirkətləri tamamlayır, Ümumilikdə, bazarın təxminən 51%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (489 min manat), “Era-Trans” (347 min manat), “Azərqarant” (323 min manat), “Günay Sığorta” (131 min manat), “Çartis Azərbaycan” (39 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,33 milyon manat olub və ümumi sığorta yığımlarının təxminən 0,5%-ni təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 9-da sığorta haqlarının həcmi 10 milyon manatdan artıq, 6 şirkətdə 5-10 milyon manat arasında, 7 şirkətdə 1-5 milyon manat arasında,  6 sığorta şirkətində isə yarım milyon manatdan aşağıdır.

Sığorta ödənişlərinin həcminə görə də lider “Paşa Sığorta” şirkətidir - 15,4 milyon manat. Ödənişlərin həcminə görə sonrakı yerləri “Atəşgah Sığorta” (8,2 milyon manat), “Azərsığorta” DSKŞ (7,7 milyon manat), “Azərbaycan Sənaye Sığorta” (7,3 milyon manat), "Azsığorta" (5,6 milyon manat) və “AXA MBASK” (5,5 milyon manat) şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi təxminən 50 milyon manat təşkil edir ki, bu da ümumi ödənişlərin təxminən 64%-i qədərdir.  

Ən az ödəniş edən şirkətlər isə “Era Trans” (213,5 min manat), “Azərqarant” (47,4 min manat), “Günay Sığorta” (54,2 min manat), “Royal Sığorta” (8,3 min manat) və “Çartis Azərbaycan” (272 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 324 min manat olub ki, bu da ümumi ödənişlərin 0,4%-ni təşkil edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment