1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Həyat sığortası bazarı 56% artıb
14.08.2014

Baki, Finance Time. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanan sığorta haqlarının 25,2%-i və ya 63,5 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 22,83 milyon manat və ya təxminən 56% böyüyüb.

Həyat sığortası üzrə yığımların 51,6% və ya 32,8 milyon manatı həyatın yaşam sığortasının, 33%-i və ya 21 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 15%-i və ya 9,5 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 239 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin ilk  7 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 4,8 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 6,2%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 2,3 milyon manat və ya təxminən 94% çoxdur. 

Həyat sığortası üzrə ödənişlərin 53,1%-i və ya 2,55 milyon manatı həyatın yaşam sığortasının, 36,2%-i və ya 1,74 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 10,4%-i və ya 0,5 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 12500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb. 

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 7,56 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyul aylarında bu göstərici 6,07 manat olub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment