1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSıgorta” ASC Milli Mətbuat Gününə həsr olunmuş yarış təşkil etmişdir
22.07.2014

Baki, Finance Time.  “AtaSığorta” ASC-nin dəstəyi ilə 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında  stolüstü tennis yarışı keçirilmişdir.  “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzində keçirilən  yarışda  aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etmişdirlər.  Yüksək azart ilə keçən yarışda hakimliyi peşəkar tennis hakimi Tahir Namazov üzərinə götürmüşdür.

“AtaSığorta” ASC-nin İdarə Heyətinin Sədri Müseyib Əliyev KIV nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi  və  sığorta bazarını fəal şəkildə işıqlandırmalarına görə  onlara təşəkkürünü bildirdi: “Maliyyə sektoru və KIV sıx əməkdaşlıq çərçivəsində işləməlidir və belə tədbirlər əlaqələrin gücləndirilməsinə gətirib çıxarır. İqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə, sığorta şirkətləri müştərilərin ehtiyaclarını qarşılamaq üçün öz məhsul və xidmətlərini daim yeniləyir  və zamanla uzlaşmağa can atır. Sığorta biznesində baş verən yeniliklər barədə  geniş ictimaiyyətin məlumatlandırılmasında  KİV böyük rol oynayır”.

Sonda“AtaHolding”  ASC-nin Kommunikasiyalar Şöbəsinin Rəisi Dilarə Zamanova öz  müraciətində mətbuatın ictimaiyyətdə əvəzsiz rolunu, KİV və biznes qurumları arasında əməkdaşlığın hər iki tərəf üçün faydasını vurğuladı və yarışın qaliblərinə  “AtaSığorta” ASC-dən  hədiyyələr təqdim etdi.

Qeyd etmək lazımdır ki, AtaHolding  şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC sığorta biznesində 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növləri üzrə fəaliyyət göstərir. İcbari sığorta üzrə Büronun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 5 filial və 5 nümayəndəlik daxildir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment