1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Həyatın yaşam sığortası 75% artıb, kasko sığortası 35% azalıb
17.07.2014

Baki, Finance Time. Bu ilin yanvar-iyun aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halında sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 3,55 dəfə artaraq 8 milyon manatı keçib. Artımın dinamikasına görə 2-ci yeri isə mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,2 dəfə artaraq 395 min manata çatıb.

Həyatın yaşam sığortası üzrə yığımlar 75% artaraq 29 milyon manat, tibbi sığorta üzrə yığımlar 5,4% artaraq 42,6 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 7,1% artaraq 18,9 milyon manat, daşınmaz əmlakın icbari sığortası 29% artaraq 8,5 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 25% artaraq 222 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası 22,7% artaraq 83,7 min manat təşkil edib.

İlin 1-ci yarısında sığorta növləri arasında ən ciddi azalma isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 100% azalıb. Azalmanın dinamikasına görə 2-ci yeri isə yük daşıyanın mülki məsuliyyətinin sığortası tutub. Bu sığorta növü üzrə yığımlar 6,65 dəfə azalaraq 935 manata düşüb.

Sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 22,7% azalaraq 85 min manat, əmlakın yanğından və digər risklərdən sığortası 5% azalaq 16,9 min manat, kasko sığorta 35%-ə yaxın azalaraq 17,3 milyon manat, su nəqliyyat vasitələrinin sığortası 3 dəfədən çox azalaraq 290 min manat, kreditlərin sığortası 3,55 dəfə azalaraq 15100 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 7%-dən çox azalaraq 30,1 milyon manat təşkiı edib.

Sığorta ödənişlərinə gəlincə isə, ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 180 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri həyatın ölüm halından sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 2,96 dəfə artaraq 411min manat olub.

Həyatın yaşam sığortası üzrə ödənişlər 60%-ə yaxın artaraq 19,3 milyon manat, tibbi sığorta üzrə ödənişlər 5% artaraq 23 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortası 2,88 dəfə artaraq 5,8 milyon manat, kasko sığortası 6,5% artaraq 13,2 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 80% artaraq 11,4 milyon manat, daşınmaz əmlakın icbari sığortası 21% artaraq 1 milyon manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 14,3% artaraq 13,2 milyon manat təşkil edib. Sığorta ödənişləri üzrə ən çox azalma isə yanğından icbari sığortada qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 100% azalıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment