1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Qeyri-həyat sığortası bazarı 3,4% azalıb
17.07.2014

Baki, Finance Time. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta haqlarının 156 milyon manatı və ya 73,6%-i qeyri-həyat sığortasının payına düşüb. Fins.az-ın məlumatına görə bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bu gün keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 5,5 milyon manat və ya təxminən 3,4% azalıb.

Qeyri-həyat sığortası üzrə yığımların 27,3%-i və yaxud 42,6 milyon manatı tibbi sığortanın, 19,3%-i və ya 30,1 milyon avtomobillərin icbari sığortasının, 11,1%-i və ya 17,3 milyon manatı kasko sığortanın, 10,8%-i və ya 16,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 8,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

2014-cü ilin ilk 6 ayında sığorta bazarındakı ödənişlərin 94,7%-i və ya 61,9 milyon manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 5,8 milyon manat və ya təxminən 10,3% çoxdur.  

Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,2%-i və ya 23 milyon manatı tibbi sığortanın, 21,4%-i və ya 13,2 milyon manatı kasko sığortanın, eyni nisbətdə, yəni 21,4%-i və ya 13,2 milyon manatı avtomobillərin icbari sığortasının, 9,4%-i və yaxud 5,8 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,6%-i və ya 1 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 39,7 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında 34,8 manat olub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment