1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın əməkdaşı Kölndə keçirilən beynəlxalq təlimdə iştirak edib
11.07.2014

Baki, Finance Time. Azərbaycanın “PAŞA Həyat Sığorta” ASC-nin əməkdaşı Almaniyanın Köln şəhərində keçirilən beynəlxalq təlimdə iştirak edib. 

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “Həyat sığortasında Risklərin İdarə olunması” mövzusunda təşkil olunmuş təlimdə (təşkilatçı Almaniyanın GenRe təkrarasığorta şirkəti olub) “PAŞA Həyatı” şirkətin risk üzrə meneceri təmsil edib.  

Təlim zamanı risklərin idarə olunması prosesinin təşkili, risklərin müəyyən olunması, onların qiymətləndirilməsi, həmçinin risklərin limitləşdirilməsi, risklərin idarə olunması üzrə hesabatlığın yaradılması və Avropa birliyi dövlətlərində fəaliyyət göstərən sığorta şirkətləri üçün tənzimləyici sənəd olan “Solvency-II” və digər mövzular müzakirə olunub.

Təlimdə Azərbaycanla yanaşı Avstriya, İtaliya, Sloveniya, Xorvatiya, Malayziya, Kipr, Livan və Argentinadan olan sığorta şirkətlərinin təmsilçiləri də iştirak edib.    

Qeyd edək ki, risklərin idarə olunması mövzusu hazırda bütün təşkilatlarda, o cümlədən, maliyyə qurumlarında aktual olaraq qalır. Bu sahədə müvafiq beynəlxalq maliyyə strukturlarının və tənzimləyici orqanların tələbi  hər il sərtləşir və təkmilləşir. Bu baxımdan da hazırda Avropa Birliyi dövlətlərində fəaliyyət göstərən sığorta şirkətlərinə xüsusi yaradılmış “Solvency-II” qaydalarının tətbiqi tələbi qoyulub. Bu qaydalar bütün Avropa Birliyinə üzv olan dövlətlərdə  bu gün də tətbiq edilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment