1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Yaşıl gələcək” – AXA MBASK-dan yeni ekoloji aksiya
23.06.2014

Baki, Finance Time. AXA MBASK Sığorta şirkəti, sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. 

Bu dəfə AXA MBASK korporativ sosial məsuliyyət çərçivəsində, Xətai Rayonunun İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl gələcək” adlı yeni ekoloji aksiya keçirmişdir.

Bu aksiyanın gedişatı zamanı şirkətin əməkdaşları “AXA MBASK Akademiya” çərçivəsində keçirilən “Sığorta işinin təşkili” kurslarının məzunları ilə birlikdə  Köhnə Günəşli yaşayış massivində ( İnqlab İsmayilov küçəsi) 100-ə yaxın zeytun ağacı əkmişlər.

İşlər təcrübəli aqro-texnikin rəhbərliyi altında həyata keçirilmişdir. Bağın əməkdaşları peşəkar təlimat aparmışlar. Təlimat zamanı aksiya iştirakçıları zeytun ağaclarının düzgün əkilmə qaydaları ilə əyani surətdə tanış olmuş, zəruri inventar və suvarma üçün su ilə təmin edilmişlər. 

Qeyd etmək lazımdır ki, aksiyanın əsas məqsədi gənclərin ekoloji mədəniyyət və təhsil sahəsində inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.

Xatırladaq ki, AXA MBASK SŞ 2010-cu ildən başlayaraq AXA Qrupun beynəlxalq standartlarının Azərbaycanın sığorta bazarında tətbiq edilməsinə başlamışdır. Sığorta agentliklərin şəbəkəsi vasitəsilə satışın inkişafı planını həyata keçirərək qısa bir müddətdə Azərbaycanın bütün regionlarında sığorta polislərinin satışı ilə məşğul olan, fiziki və hüquqi şəxslər, eləcə də maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə fəaliyyət göstərən 80-ə yaxın sığorta məntəqəsi açılmışdır.

Avropa standartlarına uyğun xidmət keyfiyyəti, həmçinin ödənişlərin zamanında və bütöv şəkildə həyata keçirilməsi qısa bir müddətdə şirkətin “İlin sığorta şirkəti” kimi beş beynəlxalq və milli mükafatlara layiq görülməsinə rəvac vermişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment