1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Valyuta birjası


Birja Elektron Ticarət Sistemi fəaliyyətinin 10-illik dönəmi
10.07.2012

Bakı, Finance Time. Bakı Banklararası Valyuta Birjası (BBVB) Birja Elektron Ticarət Sistemi (BEST) fəaliyyətinin 10-illik dönəmini qeyd edir.

2002-ci il iyulun 9-da BBVB-nin valyuta bölməsində onlayn rejimində ilk elektron hərracı həyata keçib. O gün, BEST sisteminə qoşulmuş Azərbaycan bankları, uzaqlaşdırılmış iş yerləri vasitəsilə bağladıqları ilk “elektron əqdləri”nin  həcmi   cəmi $7000 təşkil etmişdi. Beləliklə, Cənubi Qafqazın ilk birja elektron sistemi olaraq BEST, ölkənin maliyyə bazarının ayrılmaz bir hissəsinə çevrilib.  Sistemin likvidliyinin artması nəticəsində bir ildən də az müddətdə, yəni elektron əqdlərinin birjanın ümumi valyuta dövriyyəsindəki payı 41%-ə çatdıqda, Azərbaycanın Milli bankı BEST vasitəsilə valyuta bazarına müdaxilə etməyi qərara alıb.

2008-ci il 8 may tarixində BEST-in yeni versiyası iştifadəyə verilib və İstifadəçilərin yeni ticarət və hesablaşma sisteminə miqrasiyası icra olunub. Yeni proqram təminatına keçid prosesi BEST-in ticarət və informasiya terminallarının   İstifadəçilərinə aid olub.  Bank treyderləri mütəşəkkil valyuta və banklararası kredit bazarlarında öz diler funksiyalarını ticarət terminalları vasitəsilə həyata keçirirlər. BEST-in yeni interfeysinin imkanları sayəsində banklar hətta bazarın aşağı likvidlik dövründə də valyuta əqdlərinin bağlanması ehtimalını xeyli artıran yeni tipli sifarişlərdən istifadə edə bildilər. Risklərlə idarə etməni təkmilləşdirmək məqsədilə risk menecerləri treyderlər arasında ticarət limitlərini sərbəst olaraq paylaşdırmaq imkanına malik oldular. Bundan əlavə BEST informasiya terminalları sayəsində kredit təşkilatlarının xəzinədarları və holdinqlər, iri korporativ müştərilərin  maliyyə direktorları, həmçinin kütləvi informasiya vasitələri real vaxt rejimində ölkənin maliyyə bazarı seqmentlərinin monitorinqini aparmaq hüququnu əldə etdilər. Bu da öz növbəsində, BBVB-nin bütün İstifadəçilərə bazarlara bərabər giriş hüququ vermək və onları keyfiyyətli xidmət, o cümlədən hərrac və hesablaşmaların  təşkili, bir sıra vacib risklərin idarə edilməsi, eləcədə İT dəstəyi ilə təmin etmə konsepsiyasına cavab verir.

BEST-in yeni ticarət və hesablaşma sisteminin tətbiq edilməsi birjaya yeni maliyyə alətlərinin işə salınması üçün imkan yaradıb. Gələcəkdə BBVB yeni texnoloji ideyaların işlənməsini, yeni maliyyə alətlərinin və maliyyə bazarının valyuta və pul seqmentlərində müştərilərə göstərilən xidmətlərin tətbiq edilməsini davam etdirəcək.

Sistemin fəaliyyət göstərdiyi 10 il ərzində burada on mindən artıq əqd bağlanılıb ki, bu əqdlərin məcmu həcmi ABŞ dolları ekvivalentilə 12.5 milyardı aşıb.

Birja xidmətlərinin göstərilməsinin universallıq prinsipləri əsasında qurulmuş bu sistem, bu gün də valyuta risklərilə və bankların qısamüddətli likvidliyi ilə kompleks şəkildə idarə etmək üçün müasir bir platformanı təmsil edir. BEST Azərbaycan banklarına  nəinki Т+0, Т+1 və Т+2  hesablaşma tarixlərilə xarici valyutalarla (USD, EUR, RUR) əməliyyat aparmağı, həmçinin EUR/USD_TOD, EUR/USD_TOM, SWAP_USD/AZN, SWAP_EUR/AZN alətləri üzrə əməliyyat aparmağı, eləcədə mütəşəkkil banklararası kredit bazarında pul vasitələrilə fəal surətdə borcalma və yerləşdirmə əməliyyatlarını aparmaq imkanını verir.

Qeyd edək ki,  rəsmi olaraq «Birja Elektron Sistemində Ticarət» nişanı kimi qeydiyyatdan keçmiş elektron ticarət sistemi fəaliyyətə başladığı andan, BBVB öz valyuta bölməsində USD/AZN aləti üzrə komissiya haqqlarını 0, 075%-dən 0,03%-dək endirib. Xarici valyuta alan banklardan isə tutulan komissiya haqqı $500-a ekvivalent məbləğlə məhdudlaşdırılıb. Əlavə olaraq BEST-in gələcəkdə likvidliyinin daha da artması məqsədilə BBVB hərracların keçirilmə reqlamentində müvafiq dəyişikliklər tətbiq edib. Elektron hərracları valyuta meydançasında səhər və günorta sessiyaları çərçivəsində keçirilir, hərrac və hesablaşma vaxtı isə bir qədər artırılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment