1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Əmanətlərin Sığortalanması Fondu 2014-cü ilin I rübünü başa vurdu
11.06.2014

Baki, Finance Time. 2014-cü ilin I rübündə fiziki şəxslərin cəmi əmanətləri (6 077 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 67%-ni təşkil etmişdir.

I rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (6,1 mlrd. manat) 41,3%-ni (2,51 mlrd. manat) qorunmayan əmanətlər, 58,7%-ni (3,57 mlrd. manat) isə qorunan əmanətlər təşkil etmişdir.

Kompensasiya olunan əmanətlər 1 947 mln.manat olmuşdur ki, bu da qorunan əmanətlərin 54,0%-ni təşkil edir.

Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i Avronun payına düşür.

Üzv banklar tərəfindən 5 862 322 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 346 340 nəfəri (91%) qorunan əmanətçidir.

Hazırda Fondun sığorta ehtiyyatları 79,7 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 63,7 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,4 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.

Fondun iştirakçısı olan bankların sayı 42-dir.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırmaq istərdi ki, 19 may 2014- cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdiriləcək əmanətlər qorunmayan əmanət hesab ediləcəkdir.

Sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir  sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği   30 000 manat təşkil edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment