1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Muğanbank” ASC Avropa Yenidənqurma və İnkişaf Bankının mükafatı ilə təltif olundu
02.06.2014

Baki, Finance Time. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2013-cü ildə Azərbaycandakı fəaliyyətinə dair hesabatlarına əsasən “Muğanbank” ASC AYİB-in Ticarətə Yardım Proqramı çərçivəsində 2013-cü ildə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görülmüşdür.

AYİB-in 2014-cü ilin 14-16 may tarixlərində Varşavada keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutan təntənəli mərasimdə AYİB-in Maliyyə İnstitutları üzrə Direktoru Nik Teseyman  “Muğanbank” ASC-nin İdarə Heyəti Sədrinin müavini Rasim İsmayılova müvafiq mükafatı təqdim etmişdir.

AYİB nümayəndələri  2013-cü ildə akkreditivlər və qarantiyalar üzrə  12 milyon ABŞ dollarından yuxarı məbləğdə 65-dən çox əməliyyatın həyata keçirilməsinin  “Muğanbank” ASC kimi böyük maliyyə institutu üçün yüksək nəticə olduğunu qeyd etmişlər. Bundan əlavə  xüsusi vurğulanmışıdır ki, beynəlxalq ödənişlərin emalının keyfiyyətinin yüksəlməsi bank tərəfindən aparılan hesablaşmaların xərclərini aşağı salmağa və sürətini artırmağa imkan verir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış maliyyə institutlarından biri olan “Muğanbank” ASC fəaliyyətinə 1992-ci ildə başlamışdır. Bankın ölkə üzrə 36 filialı və 7 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (“USAID”), Avropa Yenidənqurma və İnkişaf Bankı (“EBRD”), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (“ICD”), Beynəlxalq Maliyyə Korporasiyası (“IFC”), ABŞ-ın WorldBusiness Capital, Inc. investisiya fondu (“WBC”), Xarici Özəl İnvestisiyalar Korporasiyası (“OPIC”) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. “Muğanbank” ASC Almaniya, Rusiya, Türkiyə, Latviya, Avstriya, Qazaxıstan və Ukraynanın aparıcı bankları ilə yüksək səviyyəli müxbir əlaqələrə malikdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment