1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın əməkdaşları Münhendə keçirilən beynəlxalq konfransda iştirak edib
26.05.2014

Baki, Finance Time. “PAŞA Həyat Sığorta” şirkətinin əməkdaşları Almaniyanın Münhen şəhərində keçirilən (22-23 may) “2nd Annual Operational Excellence in Insurance- OPEX14” adlı beynəlxalq konfransda iştirak edib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, 10-dan çox ölkənin 50-yə yaxın nümayəndəsinin qatıldığı konfransda “PAŞA Həyat”ı müxtəlif departament və şöbə (Strateji Planlaşdırma və İnkişaf, Maliyyə departenti və İnformasiya Texnologiyaları şöbəsi) rəhbərləri təmsil edib.  

Avropanın iri dövlətlərinin (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya və s.) sığorta, maliyyə, informasiya texnologiyaları və digər sahələri əhatə edən şirkətlərin  top menecerlərinin təmsil olunduğu konfransdaiştirakçı ölklərin təcrübəli menecerləri öz ölkələrində sığorta şirkətlərinin idarə olunması, onların fəaliyyəti barədə maraqlı məruzələr edib.

Konfransda sığorta biznesində yeni qabaqcıl texnologiyaların tətbiqi və şirkətdaxili struktur bölmələri arasında əməliyyatların təkmilləşdirilməsi təcrübəsi barədə maraqlı məlumatlar verilib.

Qeyd edək ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanda həyat sığortası bazarının inkişafı fonunda aparılan biznes proseslərin və əməliyyatların müasir tələblərə uyğun idarə olunması sahəsində vacib və aktual bir təşəbbüs kimi qiymətləndiriə bilər.

Xatırladaq ki, PAŞA Holding” Şirkətlər Qrupun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü  həyat sığortası məhsulları təklif  edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment