1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya alıb
22.05.2014

Baki, Finance Time. “PAŞA Həyat Sığorta” ASC təkrarsığorta xidmətlərini həyata keçirmək üçün müvafiq lisenziya alıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 may 2014-cü il tarixli əmri ilə “PAŞA Həyat Sığorta” ASC-yə təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC fəaliyyət göstərdiyi 3 il müddətində bir sıra nailiyyətlər əldə edib. Bu nailiyyətlərdən biri də beynəlxalq təkrarsığorta şirkətləri ilə yüksək səviyyədə əməkdaşlığın qurulmasıdır. 

Şirkət fəaliyyətə başladığı dövrdən dünyanın bir sıra tanınmış yüksək reytinqli təkrarsığorta şirkətləri ilə, o cümlədən “GenRe” (Almaniya), SCOR (Fransa), “Hannover Life Re” (Almaniya) şirkətləri ilə sıx əməkdaşlıq edir.

Bütün bunlarla yanaşı,“PAŞA Həyat”ın Avropanın ən tanınmış təkrarsığorta brokerləri ilə də (MARSH, IUC, “Turker Broker”) əməkdaşlığı mövcuddur.

Xatırladaq ki, PAŞA Holding” Şirkətlər Qrupun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitallının həcmi 40,250 mln. manat təşkil edir.

Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü  həyat sığortası məhsulları təklif  edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment