1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” tələbələrlə bağlı yeni layihəyə başlayır
20.05.2014

Baki, Finance Time.  “PAŞA Həyat Sığorta” şirkəti tələbələr arasında “Azərbaycan cəmiyyətinin həyat sığortasına olan marağı: milli həyat sığortası bazarının xarici bazarlarla müqayisəsi” mövzusunda yazı müsabiqəsi elan edir.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, müsabiqə Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının tələbələrinə şamil olunur.

Şərtlərə görə, yazı müsabiqəsinə bu ilin may ayının 20-dən start veriləcək və iyun ayının 20-i məqalələrin son qəbulu günü olacaq. Müsabiqədə iştirak etmək istəyən tələbələr hazırladıqları yazıları ehuseynguluyev@pasha-life.az elektron ünvanına göndərə bilərlər. Təqdim olunan yazılar üçün minimum və maksimum hədd nəzərdə tutulmayıb.

Müsabiqədə birinci yerin qalibinə 300 manat, ikinci yerə 200 manat, üçüncü yer üçün isə 100 manat məbləğində pul mükafatı və “PAŞA Həyat”ın hədiyyələri təqdim ediləcək.

Bundan başqa, müsabiqədə birinci yerə layiq görülmüş məqalə müəllifin imzası ilə KİV-də dərc ediləcək.

Müsabiqədə yer tutmuş qaliblər üçün xüsusi təqdimetmə mərasimi təşkil olunacaq.

“PAŞA Holding” Şirkətlər Qrupunun üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitallının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü  həyat sığortası məhsulları təklif  edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment