1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask sığorta şirkəti tələbələr üçün növbəti kurslar keçirdib
14.05.2014

Baki, Finance Time. AXA MBASK Sığorta şirkətinin “AXA MBASK Akademiya” proqramı çərçivəsində  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə tələbələr üçün keçirdiyi “Sığorta işinin təşkili” adlı növbəti nəzəri və praktiki kurslar başa çatmışdır.

Proqramda iştirak üçün Bakı Dövlət Universitetindən, Azərbaycan Dövlət İqtisad Universitetindən, Azərbaycan Dövlət Neft Akademiyasından, Dövlət İdarəçilik Akademiyasından və Xəzər Univeristetlərindən 20 tələbə seçilmişdi.

Tələbələr 24 saatlıq məşğələlər zamanı sığorta işinin xüsusiyyətlərini öyrənmiş, müxtəlif təcrübi tapşırıqları yerinə yetirmiş, sığorta məhsullarının satışı texnologiyaları sahəsində, anderraytinq, sığorta şirkətinin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi barədə biliklərə yiyələnmiş, eləcə də risklərin idarə edilməsi bağlı ixtiasaslaşdırılmış məsləhətlər əldə etmişlər.

Təlim, AXA MBASK şirkətinin aparıcı menecerləri və mütəxəssisləri tərəfindən işlənib-hazırlanan və sığorta şirkətinin fəaliyyətinə daha müfəssəl baxışı təmin edən unikal proqramlar əsasında aparılmışdır.

Kursun nəticələrinə görə, 5 ən uğurlu tələbə, şirkətdə gələcəkdə onlara sığorta sahəsində karyera qurmaq imkanı yaradan yay təcrübəsi keçmək imkanı qazanmışlar. 

Təltif etmə mərasimində AXA MBASK SŞ-nin İdarə Heyətinin üzvləri tələbələri proqramı uğurla başa çatdırmaları münasibətilə təbrik edib, onlara təhsildə və iş həyatında uğurlar arzu etmişdirlər.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Belə, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi altı beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment