1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”a “Milli irs” mükafatı təqdim edilib
22.04.2014

Baki, Finance Time. Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" şirkətinin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş təntənəli bayram mərasimi keçirilib.

Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən bu tədbiri əlamətdar hadisə kimi qiymətləndirib. Ölkədə tarixi abidələrin mühafizəsi və bərpası istiqamətində görülən işlərdən danışan Ə.Qarayev Prezident İlham Əliyevin milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədi ilə ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb.

Nazir bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə fond tərəfindən nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da abidələrin bərpası və mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu mühüm işlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır.

Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" ASC-nin dəstəyi ilə "İrs" Nəşriyyat Evinin layihəsi olan "Qobustan - minilliyin kitabı" və "Qədim qalanın yuxuları" kitablarının təqdimatı keçirilib.

Azərbaycan və ingilis dilində nəşr olunmuş kitabların layihə rəhbərləri Musa Mərcanlı və Yan Pirt nəşrlərin Azərbaycan mədəniyyətini təbliğ etmək baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər və bildiriblər ki, bu cür layihələr gələcəkdə də davam etdiriləcək.

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə” nominasiyası, “PAŞA Həyat Sığorta” ASC-yə “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası və “İrs” Beynəlxalq Azərbaycan jurnalının redaksiyasına “Azərbaycanın mədəni irsinin tədqiqindəki xidmətlərə görə” nominasiyası üzrə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs” mükafatı təqdim edilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment