1 USD 1.7002   1 EUR 1.9941   1 AED 0.4629   1 ARS 0.0973   1 AUD 1.2845   1 BRL 0.5220   1 BYN 0.8496   1 CAD 1.3294   1 CHF 1.7189   100 CLP 0.2713   1 CNY 0.2562   1 CZK 0.0780   1 DKK 0.2680   1 EGP 0.0963   1 GBP 2.2440   1 GEL 0.6280   1 HKD 0.2176   100 IDR 0.0126   1 ILS 0.4837   1 INR 0.0261   100 IRR 0.0043   100 JPY 1.5176   1 KGS 0.0244   100 KRW 0.1545   1 KWD 5.6270   1 KZT 0.0051   100 LBP 0.1127   1 MDL 0.0968   1 MXN 0.0898   1 MYR 0.4090   1 NOK 0.2057   1 NZD 1.1592   1 PLN 0.4713   1 RUB 0.0287   1 SAR 0.4534   1 SDR 2.3989   1 SEK 0.2015   1 SGD 1.2527   1 TJS 0.1927   1 TMT 0.4858   1 TRY 0.4395   1 TWD 0.0565   1 UAH 0.0642   100 UZS 0.0211   1 XAG 29.2349   1 XAU 2183.6519   1 XPD 1695.0994   1 XPT 1593.0874   1 ZAR 0.1211   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Lizinq


"CLC" şirkətinin direktoru Pərviz Məmmədovun məqaləsi:Lizinq istehlak kreditlərini əvəz edə biləcəkmi?
01.04.2014

CLC- “Corporate  Legal  Consultancy”  şirkətinin  direktoru  Pərviz Məmmədovun məqaləsi

Son dövrlərdə Mərkəzi Bank tərəfindən istehlak kreditlərinin verilməsinə qoyulan məhdudiyyətlər.  Satışlarının əhəmiyyətli hissəsini kreditlə satış üzərindən həyata keçirən şirkətlər üçün ciddi sıxıntılara səbəb oldu. Və nəticədə bu şirkətlər tərəfindən alternativ həll variantı axtarılmağa başlanıldı. Bu həll variantlarından biri kimi lizinq yolu ilə satış çıxış edir.       

Hələ 1994-cü ildə "Lizinq xidməti haqqında" Qanun dərc olunmasına və sonradan Mülki Məcəllədə normalar nəzərdə tutulmasına  baxmayaraq yerli bazarda lizinq fəaliyyəti o qədər də geniş yayılmadı.Lakin məlum proseslərdən sonra lizinq şirkətlərinin fəaliyyətində bir aktivlik hiss olunur. Bu baxımdan lizinq münasibətlərinin iqtisadi yönü ilə yanaşı hüquqi tənzimləmə məsələləri  də təbii ki maraq doğurur.

Lizinq müqaviləsi nədir - Lizinq müqaviləsinə görə lizinq verən lizinq alanınseçdiyi  malı satıcıdan alaraq lizinq verənin istifadəsinə verir. Lizinq verən isə öz növbəsində dövri olaraq, məsələn hər ay, lizinq verənə yəni lizinq şirkətinə haqq ödəyir. Alıcı ilk baxışda lizinq və kredit münasibətlərinin bir fərqinin olmadığını düşünür. Lakin bu belə deyil. Lizinq və kredit müqavilələrinini fərqləri aşağıdakılardır

· Lizinq yolu ilə alınan əmlak alıcının deyil lizinq şirkətinin mülkiyyətindədir. Alıcı bu halda daha çox əmlakın icarəçisi statusuna yaxındır.

·Lizinq yolu ilə nağd pul əldə etmək mümkün deyildir. Geriyə lizinq adlanan lizinq növündə alıcı özünə məxsus əmlakıd lizinq şirkətinə sataraq əmlakın satışından əldə etdiyi pulu götürür və daha sonra bir növ öz əmlakının icarəçisi kimi çıxış edir. Bu hal həmdə istehlak mallarının lizinqə verilməsi zamanı ƏDV- ni tənzimləmək məqsədi ilə tətbiq edilir.

· Kredit yolu ilə aldığınız əmlak məhkəmə yolu ilə hərracda satıldıqda əgər əmlakın dəyəri  borc məbləğinin həcmindən çoxdursa o zaman artıq qalan vəsait əmlakın sahibinə geri ödənilməlidir. Lizinqdə bu şans yoxdur. Əmlakın nə qiymətə satılmasından asılı olmayraq bütün vəsait lizinq şirkətinə çatır.

Lizinq müqaviləsi və kredit müqaviləsinin məhkəmə təcürbəsi baxımndan da maraqlı fərqləri və nüansları vardır. Kredit müqaviləsi üzrə borclunu məhkməyə verərkən əsasən borc tələb qoyulur və bu halda icra məmurları ödəmə imkanı olmayan vətəndaş barəsində çox da ciddi tədbirlər görə bilmirlər. Lakin lizinq müqaviləsi üzrə məhkəmə prosesi zamanı ən başlıca tələb kimi lizinq yolu ilə alınmış əmlakın geri verilməsi olur. Bu halda alıcı "imkanım yoxdur",  üzrlü səbəblərdən qətnamənin tələbələrini "icra edə bilmirəm" deyə bilmir və lizinq yolu ilə almış olduğu əşyanı geri qaytara bilməsə onu artıq cinayət məsuliyyəti gözləyir.  Bu baxımdan düşünürük ki, məhkəmə qaydasında lizinq şirkətlərinin öz  borcların yığma prespektivi daha çoxdur.

Bir qədərdə lizinq şirkətləri və onların təşkilati idarəetmə məsələləri barədə. Bildyiniz kimi kredit təşkilatlarına dair çox ciddi tələblər müəyyən edilib və bu tələblərin icra olunmasına Mərkəzi Bank tərəfindən ciddi nəzarət vardır. Lizinq şirkətləri üzərində bu cür nəzarətin olmaması bir çox gözlənilməz nəticələr gətirib çıxara bilər belə ki,

- Lizinq şirkətinin yaradılmasına və idarə olunmasına ciddi məhdudiyyətlər olmadığndan istənilən təsadüfi şəxslər lizinq şirkəti yarada bilər və müxtəlif mənbələrdən vəsait cəlb edərək bu fəaliyyətlə məşğul ola bilər. Lakin burada peşəkar mütəxəssis çatışmazlığı və təşkilati nəzarətin olmaması nəticədə kütləvi olaraq öhdəliklərin icra edilməməsi ilə nəticələnəcək;

- Digər tərəfdən lizinq şirkətləri banklardan yuxari fazilə cəlb etdikləri  vəsaitləri daha baha qiymətə bazara çıxaracaqlar ki, bu da öz növbəsində ödəməmə hallarının artmasına səbəb olacaq;

- Mərkəzləşmiş nəzarət sxemi olmadığından lizinq üçün müraciət etmiş şəxsin digər lizinq şirkətləri və banklar qarşısında öhdəliklərinin olub olmamasını müəyyənləşdirmək mümkün olmadığından risklərin keyfiyyətli idarəedilməsi mümkün olmayacaq;

Nəzərə alsaq ki, lizinq şirkətləri kredit təşkilatlarından fərqli olaraq əmanət cəlb edə bilməzlər, bu halda onlar ya kredit cəlb etməlidirlər ya da investor tapmalıdırlar. Hər iki halda həm banklar həm investorlar lizinq şirkətlərinə pul ayırarkən öz risklərini ciddi qaydada analiz etməlidirlər.

Yeni lizinq fəaliyyətinə başlamaq istəyən şirkətlərə tövsiyyəmiz.  Öz fəaliyyətlərini qanunvericliyin tələblərinə tam uyğun olaraq qursunlar. Bu sahədə peşəkar şəxslərlə əməkdaşlıq etsinlər.  Qanunvericliyin tələblərini pozmamaq şərti ilə öz vergi və maliyyə məsələlərini optimallaşdırsınlar.

 





13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

21.10.2014
Orxan Məmmədov
"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədr Müavini

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.10.2014
Rəşad Rəsullu
"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini




Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment