1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


“ExxonMobil” şirkətinin İsveçrədəki aktivləri ARDNŞ-ın nəzarəti altına keçib
02.07.2012

İsveçrənin Sürix şəhərində “ExxonMobil” şirkətinin İsveçrədəki “Esso Switzerland” şirkəti aktivlərinin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən alınması nəticəsində həmin aktivlər üzərində nəzarətin dəyişməsi proseduru üzrə sənədlərin imzalanma mərasimi keçirilib.

APA-ECONOMICS”in xəbərinə görə, ARDNŞ-dan imzalanma mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev və Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, “ExxonMobil” tərəfindən isə Peter Szanto və Annett Flormann-Pfaff iştirak ediblər.

Bununla da “Esso Switzerland” şirkətinin aktivləri üzərində nəzarət ARDNŞ-a ötürülüb. Məlum olduğu kimi, ötən il noyabrın 16-da tərəflər arasında həmin aktivlərin satılması üzrə razılaşma imzalanıb. Ötən dövr ərzində ESSO şirkətinin “ExxonMobil”dən müstəqil fəaliyyətinin təmin edilməsi üçün şirkətin sistem və proseslərinin ayrılması və işlənməsi üzrə fəaliyyət aparılıb.

“Esso Switzerland”ın ARDNŞ tərəfindən əldə edilən aktivləri sırasına yanacaqdoldurma məntəqələri şəbəkəsi, eyni zamanda İsveçrə bazarında yanacağın topdansatışı və aviasiya aktivləri daxildir. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment