1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask İlin Şirkəti seçildi
13.03.2014

Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti, öz ətrafında 30-dan artıq ölkənin işgüzar dairəsini cəmləşdirən Xəzər İnteqrasiya İşgüzar Klubundan (Caspian Integration Business Club) beynəlxalq Caspian Energy Integration Award-2014 mükafatını almışdır.

Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən dünyanın 32 ölkəsində, Xəzər-Qara dənizi və Baltik dənizi regionlarında fəaliyyət göstərən 1500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri (Xəzər İnteqrasiya İşgüzar Klubunun üzvləri və Caspian Energy beynəlxalq nəşriyyat evinin nəşrlərinin oxucu auditoriyası) arasında (7500 respondent) keçirilmiş sorğunun nəticələrinə görə, AXA MBASK “Keyfiyyətli xidmətə görə ilin şirkəti”  mükafatına layiq görülmüşdür.

Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyəti Sədrinin Birinci Müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirdi.

O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.

Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı alıncı mükafatdır. Belə, Caspian Energy Integration Award-2014 mükafatdan əlavə, AXA MBASK  Caspian Energy Integration Award-2013 və 2011 “İlin Sığorta Şirkəti” nominasiyada beynalxalq  mükafatını almışdır.  Həmçinin, şirkət “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” Milli mükafatına (2013),  “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2010) və  “İlin Sığorta Şirkəti” (2012) nominasiyasıyalarda UĞUR milli mükafatına layiq görülmüşdür.

Caspian Energy Integration Award-2014 mükafatı ilə təltif olunma mərasimi artıq onuncu dəfədir ki keçirilir və o, öz ölkəsinin ərazisində istehsal və sosial fəaliyyət sahələrində daha fəal çalışan, habelə dünya bazarlarında öz fəaliyyətinin coğrafiyasını dinamik şəkildə genişləndirən şirkətlərin, təşkilatların və dövlət strukturlarının başçılarına təqdim edilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment