1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AXA MBASK-dan tələbələr üçün unikal fürsət
13.01.2014

Baki, Finance Time. AXA MBASK Sığorta şirkəti “AXA MBASK Akademiya” proqramı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Rİsk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə tələbələr üçün “Sığorta işinin təşkili” adlı nəzəri və praktiki kurslara başlayır.

Bu proqramın əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.

Bir ay davam edən kurs sayəsində tələbələr tam olaraq iş prosesinə daxil olub, sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaqlar. Eyni zamanda iştrakçılar təhsil zamanı əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

Kurs zamanı tələbələr şirkətin iş xüsusiyyətini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər. Mühazirələr AXA MBASK-ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılacaq.

Kursun sonunda şirkət tələbələrə müvafiq sertifikatlar təqdim edəcəkdir. Əlavə olaraq, fərqlənmiş  tələbələr şirkətdə yay təcrübəsi keçəcəklər. Bundan sonra onlar şirkətdə daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər.

Təlim müddətində bütün tələbələr bədbəxt hadisələrdən sığortalanacaqlar.

Bu mühazirə və təlim kursu – nadir peşə təcrübəsi, kurs və diplom işləri üçün materiallar toplamaq imkanı, ən yaxşı beynəlxalq təcrübə, ən əsası isə iri şirkətdə uğurlu karyeranın başlanğıcı deməkdir.

Tələbələr üçün “Sığorta işinin təşkili” adlı nəzəri və praktik kurslar hər rübün əvvəlində keçiriləcəkdir.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Belə ki, sığorta agentləri vasitəsilə satışların inkişaf planını yerinə yetirməklə qısa müddətdə bütün Azərbaycan әrazisindә sığorta polislərinin satış üzrə 80-ə yaxın məntəqə açılmışdır. Bu məntəqələrin fəaliyyəti  bütün sığorta növlәri üzrə fiziki və hüquqi şəxslərlə, eləcə də maliyyə-kredit təşkilatları ilə əməkdaşlığa istiqamətləndirilmişdir.

Belə ki, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi beş beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment