1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın təşəbbüsü və təşkilatçılığı ilə 12 bankın nümayəndəsi Almaniyada keçirilən beynəlxalq təlimdə iştirak edi
30.12.2013

Baki, Finance Time. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” ASC korporativ müştəriləriləri ilə qarşılıqlı səmimiyyətdən qaynaqlanan uğurlu əməkdaşlığın nəticəsi kimi onlara olandiqqət və qayğısını bir daha nümayiş etdirib.

Belə ki, “PAŞA Həyat”ın təşəbbüsü və təşkilatçılığı ilə bir qrup tərəfdaş koporativ bank müştərilərinin nümayəndələri bu ilin dekabr ayının 15-19-da Almaniyanın Montabaur şəhərində (Frankfurtun yaxınlığında) keçirilən seminarda iştirak edib.

Almaniya Bank Akademiyası tərəfindən “Bank fəaliyyəti sahəsində risklərin idarə edilməsi” mövzusunda keçirilən seminarda “PAŞA Həyat”ın korporativ bank müştəriləri olan “AGBank”, “Kapital Bank”, “Azər Türk Bank”, “MuğanBank”, Turan Bank”, “AtaBank”, “Expressbank”, “Accessbank”, “Bank of Azerbaijan”, “YapıKredi Bank Azərbaycan”, “Bank Respublika” və “PAŞA Bank”ı təmsil edən nümayəndələr iştirak edib.            

Məruzəçi qismində Almaniya və digər Avropa ölkələrindən bank işi üzrə dəvət olunmuş ekspertlər seminar iştirakçılarına“bank fəaliyyəti sahəsində risklərin idarə edilməsi”, “Almaniya banklarında (kooperativ banklarında) risklərin idarə edilməsinin həyata keçirilməsi”, “Bazel Banklara Nəzarət Komitəsinin bank riskləri sahəsində qəbul etdiyi “Bazel II” və “Bazel III” sənədlərinin tələbləri”, həmçinin “Avropa bank nəzarəti orqanlarının inkişafı” və “Avropa bank islahatlarının ümumi tendensiyaları və müasir vəziyyəti” mövzusunda geniş təqdimatlar ediblər.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC-nin bu kimi beynəlxalq tədbirləri artıq Şirkət tərəfindən  nümunəvi biznes ənənəsinə çevrilib. “PAŞA Həyat” Azərbaycan sığorta bazarında müştəri yönümlü tanınmış Şirkət olduğu üçün öz strategiyası və missiyasına uyğun olaraq müştəri məmnunluğunu əsas prioritet istiqamət kimi qiymətləndirir və bu siyasəti gələcəkdə də davam etdirmək niyyətindədir. 

“PAŞA Holding” şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin 11 ayı üzrə şirkət yığımlarının (32,963 mln.manat), həmçinin nizamnamə kapitalının (25,200 mln. manat) həcminə görə Azərbaycanın həyat sığortası bazarının lideridir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment