1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” “Arşın mal alan” filminin bərpası və rənglənməsi layihəsinin sığortaçısı olmuşdur
04.12.2013

Baki, Finance Time.  “AtaHolding”  ASC  özünün 10 illik yubileyi çərçivəsində tam fərqli bir ilki həyata keçirərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilmiş və ağ-qara formatda olan “Arşın mal alan” filminin bərpası və rənglənməsini reallaşdırdı.

Layihənin həyata keçirilməsi zamanı risklərin sığortalanması isə “AtaSığorta”ya həvalə edilmişdir.

“Arşın mal alan” filmi dünya kino sənayesinin əsas mərkəzi olan “Hollywood” da bərpa edilərək rənglənmişdir. Orijinal kino lentinin ABŞ-a aparılması və gətirilməsi zamanı isə mümkün risklərdən sığortalanması üçün AtaSığorta partnyor şirkət olaraq seçilmişdir.

Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerika qitələrindən olmaqla 157 nəfər çalışmışdır. Onların arasında Oskar mükafatına layiq görülmüş dünyanın ən peşəkar mütəxəssisələri ilə yanaşı Azərbaycanın yerli mütəxəssisləri də iştirak etmişdilər.

Azərbaycan kino sənətində və ümumiyyətlə Azərbaycan xalqının mədəni yaddaşında çox mühüm yer tutan “Arşın mal alan” filminə göstərilən bu qayğıya və layihə zamanı risklərin sığortalanmasını ona etibar etdiyinə görə “AtaSığorta” ASC, başda Heydər Əliyev Fondu olmaqla bütün təşkilatçılara öz təşəkkürünü bildirir.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 10 nümayəndəlik daxildir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment