1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat Sığorta” şirkəti həyatın yaşam sığortası növü üzrə on-line müraciət xidmətini yaradıb
08.11.2013

Baki, Finance Time. “PAŞA Həyat Sığorta” ASC potensial müşərilərinin rahatlığını nəzərə alaraq, öz rəsmi veb-səhifəsində (www.pasha-life.az) həyatın yaşam sığortası növü üzrə on-line müraciət bölməsini yaradıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, potensial müştərilər həyatın yaşam sığortası növü üzrə on-line müraciət bölməsində xüsusi xanalara müəyyən məbləği daxil etməklə öz sığorta haqları və sığorta məbləğlərini on-line hesablamaq imkanı əldə edirlər.

Hesablamanın nəticəsi olaraq, müştəri bu məhsula qoşulmaqla bağlı şirkətə sorğu da göndərə bilər. Göndərilən sorğu müvafiq qiymətləndirmədən keçdikdən sonra şirkət əməkdaşı sorğu göndərənlə dərhal əlaqə saxlayır və müştəri ilə müvafiq sığorta müqaviləsi bağlanılır.  

Qeyd edək ki, “PAŞA Həyat”ın rəsmi veb-səhifəsində belə bir xidmətin yaradılmasında əsas məqsəd əhalini sözügedən məhsul barəsində maarifləndirməklə yanaşı, eyni zamanda potensial müştərilərin vaxtlarına qənaət etməklə məhsuldan yararlanmağın əlçatanlığını tez bir zamanda təmin etməkdir.

Xatırladaq ki, “Həyatın yaşam sığortası” sığorta olunanın sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta məhsuludur.

“PAŞA Holding” şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin 9 ayı üzrə şirkət yığımlarının (24,498 mln.manat), həmçinin nizamnaə kapitalının (22,500 mln. manat) həcminə görə Azərbaycanın həyat sığortası bazarının lideridir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü  həyat sığortası məhsulları təklif  edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment