1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Sığorta” Mərkəzi Bankın tenderində qalib gəldi
04.11.2013

Baki, Finance Time. Mərkəzi Bankın balansında olan vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması məqsədilə təşkil edilmiş açıq tenderdə 21 oktyabr, 2013-cü il tarixli qərara əsasən, əmlakın icbari və könüllü sığortası, nağd pulun sığortası üzrə “PAŞA Sığorta” şirkəti qalib elan olunmuşdur. Növbəti ildə Mərkəzi Bankın balansında olan bütün əmlak və nağd pul vəsaitlərinin sığortalanmasını “PAŞA Sığorta” şirkəti həyata keçirəcək. Son bir ildə ötən ilə nisbətən əmlak sığortasına maraq kəskin artmışdır. Əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə ümumi bazarda yığımlar ötən illə müqayisədə 50%, sentyabr ayında isə 217% artmışdır.

Bu sığorta növü üzrə artım “PAŞA Sığorta” yığımlarında da 83% artımla özünü göstərir. İcbari əmlak sığortası üzrə yığımlarda da ötən illə müqayisədə 25% artım göstərir ki, son dövrdə əmlak sığortasına ehtiyac artmaqdadır. Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti sığorta bazarında 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü kimi “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 31 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 40 mln. manat və cari aktivlərinin dəyəri 73 mln. manat olmaqla,

“PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider üçlükdə öz mövqeyini gücləndirmişdir. “PAŞA Sığorta” şirkəti və sığorta xidmətləri haqqında daha ətraflı məlumat almaq üçün www.pasha-insurance.az internet səhifəsinə və ya Sığorta Məsləhət Xəttinə; korporativ müştərilər üçün (050/055) 263 88 08) və fərdi müştərilər üçün (050/055) 227 88 00 nömrəli telefon vasitəsilə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment