1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” media işçiləri üçün ödənişsiz təlimə başlayır
31.10.2013

Baki, Finance Time. Azərbaycanın “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən bu ilin noyabr ayının 21-22-də müxtəlif KİV-lərdə çalışan jurnalistlər üçün (iqtisadiyyat və maliyyə sahəsində yazan) “Sığorta və sığorta mədəniyyəti” mövzusunda ödənişsiz treninq keçiriləcək.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, “PAŞA Həyat” tərəfindən jurnalistlər arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadiyyat, o cümlədən maliyyə sahəsində məqalələr yazan jurnalistlərin sığorta sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıqlarını daha da artırmaqdır.

Təlimdə iştirak etmək istəyən jurnalistlər bu ilin noyabr ayının 18-dək        ehuseynguluyev@pasha-life.az elektron ünvanına email göndərməklə öz iştiraklarını təsdiq edə bilərlər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, “PAŞA Həyat” yalnız Azərbaycanın maliyyə sektorunda deyil, eyni zamanda sosial yönümlü layihələrin həyata keçirilməsində də daim aktiv iştirak edir. Şirkət sığortaçılığı cəmiyyətə sığorta fəaliyyətindən başqa, həmçinin sosial layihələrə dəstək verməklə tanıtdırmaq niyyətindədir. Tələbələr, eyni zamanda jurnalistlər üçün nəzərdə tutulan bu maarifləndirmə layihəsi də məhz şirkətin sosial layihələrindən biri hesab olunur.

Xatırladaq ki, “PAŞA Həyat” 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ödənişsiz treninqlər keçirir.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Bu ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 24,298 mln. manat, ödənişləri isə 639 min manata yaxın olub. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment