1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


TAKSİ 189 xidmətinin müştəriləri üçün EXPRESS sığorta
30.10.2013

Express Sığorta Agentliyi taksi sifarişi xidməti 189 ilə saziş  imzalayıb.

Baki, Finance Time. Tərəfdaş təşkilatlarla əməkdaşlığın genişləndirilməsi çərçivəsində və əhalinin geniş təbəqələrini keyfiyyətli  siğorta  xidmətləri və  siğorta  müdafiəsi ilə təmin etmək məqsədilə,  Express Sıgorta Agentliyi  189  taksi sifarişi xidməti  ilə saziş  imzalayib.

Bu sazişə əsasən,  189  taksi sifarişi xidmətinin sürücüləri  üçüncü  şəxslərin  qarşısında  öz  mülkü  məsuliyyətlərini  Express Sığorta Agentliyində  sığorta  edəcəklər.  Bu sığortailə avtonəqliyyat vasitələri sahibləri üçüncü  şəxslərin  əmlak,  həyat  və sağlamlığına (yəni,  faktiki olaraq 189 taksi xidmətinin  sərnişinlərinin  həyat  və sağlamlığına) dəyə biləcək zərərlərə görə öz məsuliyyətlərini icbari qaydada sığortalamış olacacaqlar.

Bu cür icbari sığorta müqaviləsinin təminatı yalnız taksi sürücüsünün günahından baş vermiş hadisələri əhatə etdiyi üçün, Express Sığorta Agentliyi 189 taksi sifariş xidmətinə digər avtomobil sürücüsünün (qarşı tərəfin) günahından baş vermiş hadisələri əlavə olaraq təminat altına almışdır.  Bu cür,  daha  geniş  təminat,  günahkarın kim olub olmamasından asılı olmayaraq yol-nəqliyyat hadisəsi  nəticəsində sərnişinlərə  tibbi xərclərin ödənilməsini nəzərdə tutur.

Xatırladaq ki,  ölkəmizin ən böyük sığorta agentliklərindən sayılan və Respublika ərazisində geniş agent və filial şəbəkəsinə sahib olan Express Sığorta Agentliyi , 28 sığorta növü üzrə həm korporativ, həm də fərdi müştərilərə xidmət göstərir.Express Agentliyinin rəsmi sığorta tərəfdaşı, Azərbaycan sığorta bazarının aparıcı sığortaçılarından biri olan – AXA MBASK Sığorta Şirkətidir.

Müştərilərin rahatlığını təmin etmək məqsədilə,  Express  Agentliyi sığorta müqavilələrinin müştərilərin  ünvanına  “express” çatdırılma  xidmətini  təqdim  edir.  Sığorta şəhadətnaməsini əldə etmək üçün  muştərilər  (012) 488 64 54 nömrəsinə zəng etməklə birbaşa  şirkətin məlumat  mərkəzinə  və ya  (012) 596 70 88 nömrəsinə zəng etməklə agent  mərkəzinə  müraciət  edə  bilərlər. 

Bu hadisəni şərh edən Express Agentliyinin  təsisçisi Rəşad Abbasov bildirib: “189 taksi sifarişi xidməti ən böyük avtoparklardan birinə malikdir, hər gün 189 taksi xidmətindən minlərlə ölkə vətandaşı istifadə edir, 189 taksi xidmətinin keyfiyyətinə on minlərlə müştəri etibar edir və biz, şübhəsiz ki, on minlərlə taksi sərnişinlərinin sığorta müdafiəsinin məhz bizim agentlik vasitəsilə təmin olunmasına görə fəxr edirik. Express Sığorta Agentliyi üçün müştərilərə və partnyorlara göstərilən xidmətlərin səviyyəsi və sığorta xidmətlərin və təkliflərin keyfiyyəti – biznesin inkişafında  ən əsas amillərdir.”


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment