1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası III rübün nəticələrini müzakirə etdi
29.10.2013

Baki, Finance Time. 2013-cü ilin III rübündə fiziki şəxslərin cəmi əmanətləri 213 mln. (3,8%) manat artaraq 5 831 mln. manata çatmışdır

III rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (5,8 mlrd. manat) 34%-ni (1,97 mlrd. manat)  qorunmayan əmanətlər, 66%-ni (3,87 mlrd. manat) isə qorunan əmanətlər təşkil etmişdir.

Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 91 mln.manat (5,0%) artaraq 1 904 mln. manat olmuşdur ki, bu da qorunan əmanətlərin 47,5%-ni təşkil edir.

Qorunan əmanətlərin 59%-i manatın, 37%-i ABŞ dollarının, 4%-i Avronun payına düşür.

Üzv banklar tərəfindən 5 306 497 əmanətçiyə xidmət göstərilir ki, onların da 4,899,375  nəfəri (93%) qorunan əmanətçidir.

Hazırda Fondun sığorta ehtiyatları 64,7 mln. manat, cəmi aktivləri isə 66,9 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 58 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,4 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.

Xatırlatmaq istəyirik ki, 01 avqust 2013- cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faiz olmuşdur. 01 avqust 2013-cü il tarixindən etibarən üzv banklarda illik 10 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.

Hər bir sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment