1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


АXA – ardıcıl olaraq beş ildir dünyanın bir nömrəli sığorta brendi
11.10.2013

Baki, Finance Time. Beynəlxalq Interbrand agentliyi illik Best Global Brands 2013 reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə görə, Fransanın AXA brendi ardıcıl olaraq beşinci ildir ki, dünyada bir nömrəli sığorta brendi seçilir.

Bu il AXA dünyanın ən böyük brendləri siyahısında 59-cu, Fransa brendləri arasında 5-ci yeri tutmuşdur. Ötən illə müqayisədə AXA brendinin dəyəri 5% artaraq, 7,1 mlrd. dollar təşkil etmişdir.

Hər il keçirilən beynəlxalq Best Global Brands reytinqinə brendin üç parametr üzrə qiymətləndirilməsi daxildir: brendin maliyyə vəziyyəti, brendin gücü və məhsul və xidmətlərin alınmasında brendin rolu.

“Növbəti dəfə ən böyük qlobal brendlərin arasında adımızı görmək bizim üçün böyük nailiyyətdir. İnanıram ki, bu etiraf biznesimizin gücünü, AXA brendinin strategiyasının müştərilərimizə aydın olduğunu, habelə bizim rəqəmsallaşma prosesinin sürətlənməsinə yönəlmiş səylərimizi əks etdirir. Bizim üçün böyük əhəmiyyət kəsb edən bu etiraf AXA brendinin mövqeyini möhkəmləndirəcək. İstənilən sığorta biznesinin uğuru əsasən onun nüfuzuna, xidmətlərin keyfiyyəti nöqteyi-nəzərdən isə əlverişliliyə və etibarlılığa əsaslanır. AXA brendi bu fundamental dəyərlərə söykənir. Bundan başqa, əsas məqsədimiz insanların qorunmasıdır.

Əminəm ki, müştərilərimizin tələbatlarını təmin etmək məqsədinə xidmət edən rəqəmsal transformasiya gələcəkdə bizim əsas rəqabət üstünlüyümüzə çevriləcək və AXA brendinin mövqeyini möhkəmləndirəcək. Hər zaman müştərilərimizin rifahına xidmət etməyə hazır olduqları üçün bütün dünyadakı AXA əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”, deyə AXA Qrupunun Əməliyyat Fəaliyyəti üzrə Direktoru Veronik Veyl bildirib.

Qeyd etmək lazımdır ki, AXA beynəlxalq maliyyə qrupu Azərbaycanda AXA MBASK sığorta şirkəti ilə təmsil olunur.

Ölkənin sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb. Belə ki, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman kəsiyində dörd beynəlxalq mükafata və “İlin sığorta şirkəti” kimi milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment