Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 24 sentyabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,7835 AZN təşkil edib.
BEST sistemində keçirilən SƏHƏR SESSİYASININ açılış məzənnəsi hər ABŞ dollara görə 0,7835 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7835 AZN təşkil edib.
BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi 831 464 AZN təşkil edib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7835 AZN təşkil edib.
Beləliklə hər iki sessiyasinin nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət" ümumi həcmi USD/AZN aləti üzrə $ 1 060 000 ABŞ dolları və ya 831 464 AZN təşkil edib.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.
AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilib, amma əqdlər bağlanılmayıb.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,08%, ABŞ dolları üzrə isə illik 10,33% təşkil edib.
Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.